Zirəddin Rzayevdən yeni il proqnozu

Təbii fəalkətlər,  xəstəliklər, teraktlar... Şərqdə yeni müharibə qığılcımı müşahidə olunacaq. Mən 2023-cü ildə Baku tv'də demişdim ki, 2023-cü ildə Rusiya və Ukrayna hərbi qarşıdurmasına möhür vurulacaq. Bu belə də oldu. Qərb öz maddi və hərbi yardımını dayandıracağını elan etdi. Bu da o deməkdir ki,  arrıq Qərb Ukraynada Rusiya ilə savaşdan imtina edir. 2024-cü il isə hərbi əmliyyatlar ya qismən, ya tam şəkildə dayanmalıdır. Bu Rusiyanın qələbəsi ilə nəticələnəcək. Fələstin və İsrail gərginliyi Israilin qələbəsilə bitəcəkdir. Həmçinin 2024-2025 Ərdoğan üçün, 2025-2026 Putin üçün uğursuz illər olacaqdır. Bu Onların səhhətilə əlaqəli olacaqdır. Azərbaycan -Ermənistan münasibətlərində aprel- may, avqust - sentyabr ayları kiçik gərginlik ola bilər, ancaq bu böyük və xoşagəlməz hadisələrə səbəb olmayacaq. Payız və qış aylarında Türkiyədə yeni zəlzələlər olacaqdır,  ancaq bu böyük dağınrılara səbəb olmayacaq. Bu zəlzələlər Türkiyə ilə coğrafi mühiti əhatə edən qonşu ölkələrə də aiddir. 2024-cü ilin yay ayları da Azərbaycanda təbii fəalkətlər aktivləşəcək, buraya zəlzələlər də aiddir. Ancaq zəlzələlərin Azərbaycana təhlükə ehtimalı yox kimidir. Umumiyyətlə 2024 cü il tersktlar və xəstəliklər ilidir. Ilin xoş tərəfi isə texniki və tibbi sahələrdə elmi tərəqqi ili olmasıdır. 2024 və 2025-ci illər Ukrayna öz daxilində böyük gərginliklər yaşayacaq. Orada ictimai sabitlik pozulacaq, xalq bir-birinə yad kimi davranacaq. Saakaşvilinin aqibəti isə Zelenskini gözləyir...