Qızılcaya görə məktəblər bağlanacaq? - Nazir son vəziyyəti AÇIQLADI

Görünən mənzərə odur ki, qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, proses nəzarətdədir:

"Hazırda baş verənlərin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında, düzgün qaydada peyvənd etdirməlidirlər. Ümumilikdə təhsil sisteminin distanta keçirilməsi və qapanma olması ilə bağlı gözlənti yoxdur.

Amma ayrı-ayrı məktəblərdə və ya siniflərdə yoluxmalar artarsa, lokal qapanma ola bilər".