QHT-nin "MADDİ-MƏDƏNI İRSİMİZİN QORUNMASI" LAYİHƏSİ YEKUNLAŞDI

   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.07.2023-cü il və 30.09.2023-cü il tarixi əhatə edən  «Maddi-mədəni irsimizin qorunması» layihəsi  Qusar, Quba,  Xaçmaz  inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırdı.
    Üç tədbirdən ibarət layihəyə, Qusar Rayon Mədəniyyət Mərkəzində, Quba rayon QHT-lərə Regional Dəstək və Təlim  Mərkəzində, Xaçmaz Rayon Köhnə Xaçmaz Kəndi Tam Orta Məktəbində 89 nəfər yeniyetmə və gənc birbaşa  cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Maddi-mədəni irsimizin qorunması  mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 8 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, yeniyetmə və gənclər maddi-mədəni irsimizlə, daşınar və daşınmaz tarixi   sənət nümunələrimizlə tanış  olmuş,  dolayı yolla maariflənmişlər.
   Tədbirlərdə  himnimiz oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri  Şahin Qədirov,  «Maddi-mədəni irsimizin qorunması» layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra,  təşkilat və layihə haqqında məlumat verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması haqda, son genişmiqyaslı antiterror əməliyyatları haqqında  məlumat verdi. O, maddi-mədəni irsimizin qorunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, maddi-mədəni, tarixi abidələrimizin ümumxalq məsələsi olduğunu, eyni zamanda, mədəni irs məhz bizim uzun, əhəmiyyətli varlığımızın sübutu kimi xarici qonaqlara  göstərdiyimiz və ən çox fəxr etdiyimiz sahələrdən biri olduğunu vurğuladı.
   Rəsmi şəxslər və ekspertlər çıxışçün söz alaraq maddi-mədəni irsimizin qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu, bu istiqamətdə yeniyetmə  və gənclərin maarifləndirilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki,  «Maddi-mədəni irsimizin qorunması» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil,  eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq bildirdilər ki, xalqımızın maddi-mədəni irsinin sərhədləri fiziki sərhədlərimizdən yüz dəfə çoxdur.Belə ki, klassik Azərbaycan şairi Məhəmməd Fizulinin məzarının İrakda, cahana sığmayan klassik şairimiz İmadəddin Nəsiminin məzarının Suriyada, dünya mədəniyyət mərkəzlərini, muzeylərini bəzəyən maddi-mədəni, ədəbi, mənəvi abidələrimizin olması bütün burada səsləndirilənlərin bariz sübutudur deyə xüsusi qeyd etdilər.
   Layihənin icrası zamanı keçirilən tədbirlərdə yeniyetmə və gənclərin milli-mədəni irsimizin qorunması mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai  birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin, səhifələrin yaradılması, diqqətdən kənarda qalan, dağılmaqda olan maddi-mədəni, tarixi abidələrimizin siyahısının hazırlanaraq, aidiyyatı qurumlara göndərilməsi, çap edilməsi və s. təklif və mövzuları əhatə edən maraqlı çıxışlardan sonra yeniyetmə və gəncləri narahat edən bütün suallar cavablandırıldı. Rəsm, toxuculuq sahəsində uğur qazanmış yeniyetmələrin əl işləri tədbir iştirakçılarına nümayiş olundu.
  Tədbirlərin yekunu zamanı İcra Hakimiyyətlərinin rəsmi şəxsləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, maddi-mədəni,  tarixi irsimizin qorunması mövzusunda maarifləndirici tədbirlərin keçirilməsinin vətənimizin, dövlətimizin, xalqımızın gələcəyinin indidən maariflənmiş,  öz maddi-mədəni irsinə sayqıyla yanaşan, məlumatlı yeniyetmə və gənclərimizə ötürülməsi ölkəmizin gələcəyinin daha parlaq olacağını  indidən təminatı kimi qiymətləndirə bilərik deyə vurğuladılar.
   Sonda tədbir iştirakçılarına bukletlər, dəftərxana ləvazimatları paylandı.