"AŞIQ ƏLƏSGƏR YARADICILIĞINDA SUFİZM" - VİDEO

Adilə Nəzərin Aşıq Ələsgərə həsr olunmuş yeni monoqrafiyasının təqdimatı keçirilib

Sentyabrın 29-da şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında "AŞIQ ƏLƏSGƏR YARADICILIĞINDA SUFİZM" adlı yeni monoqrafiyasının təqdimatı keçirilib.
Tədbir "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin və "Kitab Evi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.