Prezident İlham Əliyev: Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin fəaliyyəti dayandırsınlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.

Müsabibə zamanı Prezident İlham Əliyev bir neçə xarici şirkətin Azərbaycanın qızıl və mis mədənlərinin qeyri-qanuni olaraq istismar etməsi və QHT-lərin bununla bağlı aksiyasına da toxunub.

Müsahibənin həmin hissəsini təqdim edirik:


Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir. Bir fərq var idi. O, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi. Bununla belə, həmin yerdəki vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Sonra isə noyabrda həmin iş yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yenə də yol bağlı deyildi. O, tam azad idi və hərəkət azad idi.

Müxbir: Yəni, o, heç vaxt bağlanmamış, hərəkət heç zaman dayandırılmamışdır?

Prezident İlham Əliyev: Xeyr, xeyr!

Müxbir: Onda fikrinizcə, həmin təsisatlar xüsusən də Azərbaycandan niyə bunları soruşurlar? Onlar qeyd edirlər ki, Siz həmin sahənin ətraf hissəsinə cavabdehsiniz. Siz hərəkət etmək azadlığını təmin etməlisiniz. Sizcə, nəyə görə onlar Sizi hədəfləyirlər?

Prezident İlham Əliyev: Əslində, Beynəlxalq Ədalət Məhkəməsi bizə öz ismarışını ünvanladı ki, hər hansı hərəkətin pozulmaması üçün biz vətəndaş cəmiyyətinin fəalları ilə danışaq. Biz bunu etdik. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, - bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, – biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin fəaliyyəti dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.

Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki...