Zirəddin Rzayev Rusiyalı nazirlə Beynəlxalq Forumda…

14-17 iyun 2023-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum keçirilir. Qeyd edək ki, sözügedən beynəlxalq tədbirə həmyerlimiz kliniki psixoloq,  Rusiya Dövlət Dumasının əməkdaşı Zirəddin Rzayev də dəvət almışdır. 
İlkxeber.org-un məlumatına görə, Forumda iştirak edən həmyerlimiz Rusiya Federasiyasının Tikinti, Mənzil və Kommunal Təsərrüfat naziri İrek Envaroviç Fayzullin ilə birlikdə şəkil çəkdirib. Bu bir daha onu göstərir ki, Zirəddin Rzayev təkcə kliniki psixologiya və  ekstrasensorika sahəsində deyil, həm də dövlətlər səviyyəsində də özünə məxsus nufuza sahibidir. Kliniki psixologiya,  fəlsəfə və pedagoji elmlər üzrə ali təhsilə sahib həmyerlimizə atdığı hər addımda böyük uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Çünki dünyanın hansı bölgəsində olurlarsa olsunlar azərbaycanlılar bizim soydaşlarımızdır və onların əldə etdikləri uğurlar qürurvericidir.