Ərdoğanın İstanbulda möhtəşəm seçki mitinqi: Türkiyə prezidenti şok rəqəmi AÇIQLADI - CANLI YAYIM

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanının Millət Bağçasında keçirilən AK Partiya Böyük İstanbul Toplantısında çıxış edir.

Ərdoğan Böyük İstanbul mitinqinə 1 milyon 700 min insanın qatıldığını açıqlayıb.

"İstanbul "Bəli" deyərsə, bu iş bitər. İstanbul "Birilərini təqaüdə göndərəcəyik", deyərsə, bu iş bitər", - deyə Ərdoğan bildirib.

Ərdoğan, "Bilirsiniz, indi Avropanın qəzet və jurnalları burada baxır. Görəsən, Atatürk Hava Limanında nələr olur? Burada onlara cavab verəcəksiniz", deyib.