Dağıntılar altından çıxarılan qadın Prezident İlham Əliyevə salam göndərdi - VİDEO

Türkiyədə dağıntılar altından xilas edilən qadın Prezident İlham Əliyevə salam göndərib.

İlkxeber.org xəbər verir ki, bu barədə görüntülər FHN-in məlumatında yer alıb.

Belə ki, xilasedicilərimiz tərəfindən qurtarılan qadın onlara və ölkə rəhbərliyinə təşəkkür edib. 

Qeyd edək ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.