ABŞ-dan İstanbuldakı partlayışla bağlı gülünc AÇIQLAMA: "Terror, yoxsa “zorakılıq aktı”?..

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer İstanbulda törədilən terror aktı ilə bağlı açıqlama verib. 

Karine Jan-Pyer terror əvəzinə “zorakılıq aktı” deyib.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer verdiyi yazılı açıqlamada İstanbulda baş verən "zorakılıq aktını" qınayaraq, ABŞ-ın terrorla mübarizədə NATO müttəfiqi Türkiyənin yanında olduğunu bildirib. 

"ABŞ İstanbulda bu gün baş verən zorakılıq aktını şiddətlə qınayır. Düşüncələrimiz yaralılarla birlikdədir və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı veririk. NATO müttəfiqimiz Türkiyə ilə terrorla mübarizədə çiyin-çiyinəyik", - deyə o bildirib.