Zelenskidən SENSASİON AÇIQLAMA: "Hamımız artıq hiss edirik ki..."

"Artıq hamımız zəfərin yaxınlaşdığını hiss edirik."

Bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı davam edən müharibədən danışarkən deyib.  

Zelenski sosial media hesabından paylaşdığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsinin 263-cü günündə baş verən son hadisələri dəyərləndirib.

Ukraynada siyasətçilərin, təhlükəsizlik qüvvələrinin və müxtəlif peşə sahiblərinin öz vəzifələrini yerinə yetirərək qələbəyə doğru birlikdə hərəkət etdiklərini bildirən Zelenski, “hamımız hiss edirik ki, indi qələbəmiz yaxınlaşır”, deyib.

Xerson vilayətində nəzarəti bərpa etdikləri yaşayış məntəqələrindən 226-da təhlükəsizlik tədbirləri görüldüyünü, bu ərazilərdə sabitliyin təmin olunduğunu deyən Zelenski bu məntəqələrdə 100 minə yaxın mülki şəxsin yaşadığını qeyd edib.