Türk Dövlətləri Təşkilatı Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı QƏRAR VERDİ

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi ölkə statusu alıb. 

İlkxeber.org xəbər verir ki, bu barədə qərar TDT-nin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən IX sammitində qəbul edilib. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə cümə günü, noyabrın 11-də "Tvitter"də yazıb. 

Nazir Ankaranın KKTC-yə dəstəyini davam etdirmək əzmində olduğunu vurğulayıb.