Sosial xidmətlərin göstərilməsində elektron xidmətlər və gözləntilərimiz

 Əliməmməd Nuriyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron proaktiv xidmətləri bürokratiya, korrupsiya və ədalətsizləyə qarşı mübarizədə ən yaxşı çıxış yoludur
 
Korrupsiyaya qarşı, xüsusən, məişət səviyyəsində korrupsiyaya (rüşvət alınması və verilməsi hallarına) qarşı mübarizənin səmərəli, təsirli üsullardan biri də dövlət orqanlarının vətəndaş və biznesə göstərdiyi xidmətlərin elktronlaşmasıdır. Dövlət xidmətlərinin elektonlaşmasının əsas mahiyyəti isə müasir informasiya texnologiyalarında istifadə edərək vətəndaşlara şəffaf, əlçatan, susi-itifadə, süründürməçilik, bürolratiya, rüşvət hallarını istisna edən xidmətlər və məlumatların təklif edilməsidir. Azərbaycan təcrübəsində bu proses 2011-ci ilədn strart götürdü, dövlət qurumları öz saytlarında elektron xidmət bölmələri yaratmağa başladılar. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il 191 nömrəli qərarı ilə təsdiq etdiyi siyahı üzrə 40-dan çox dövlət qurumunun 400-dən çox elektron xidmətinin vətəndaşlara və biznesə təqdim edilməsi nəzərdə tutuldu. 2012-ci il 25 apredlə o vaxtkı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı keçirildi. O zaman “Elektron hökumət” portalı vasitəsilə 60-a yaxın e-xidmət göstərilirdi. O vaxtdan isə elektron xidmətlərin tətbiqi prosesində yaxşı dinamika müşahidə edirik. Hazırda E-Gov.az” portal üzərindən 438 elektron xidmətdən yararlanmaq mümkündür. “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalında istifadəçi sayı 700 mini keçib. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov” 710 xidmətə giriş təmin edilir. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc olunan “Elektron Hökumətin İnkişafı İndeksi”nə əsasən Azərbaycan yüksək qrupa aid edilən 69 ölkə arasından 13-cü yerdə, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında isə ilk üçlükdə yer alıb.
Sosial xidmətlərin göstərilməsi sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində də son illər yüksək dinamika müşahidə olunur. Təcrübə göstərdi ki, sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmağın ən yaxşı yolu elektron xidmətlərin tətbiqidir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək. "e-sosial.az” portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib. Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub. Hazırda “Əmək münasibətləri və məşğulluq” altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.
Daha çox proaktriv xidmətlərin sayının artması diqqətiçəkəndir. Proaktiv 5-ci səviyyə – Avtomatlaşdırılmış və proaktiv mərhələ (fərdiləşmiş)- Elektron xidmətlərin 5- səviyyəli modeli o xidmətlərə tətbiq olunur ki, dövlət qurumu vətəndaş, eləcə də fiziki və hüquqi şəxsin iqtisadi və sosial hüquqlarından irəli gələrək ehtiyac duyduğu xidmətləri onların müraciət etməsindən asılı olmayaraq təmin edir. Nümunı üçün elektron şəkildə pensiya təyinatının həayata keçirilməsi. Azərbaycanda elektron xidmətlərin əksəriyyəti 5-ci səviyyə çatmamışdır. 2014-cü ilin sonunda “Şəffaflıq Azərbaycan” təşkilatı Azərbaycanda elektron hökumət infrastrukturunun və elektron xidmətlərin monitorinqi və qiymətləndirməsi üzrə Hesabat hazırlamışdı. O vaxt bütün sistemdə bu sayda proaktiv xidmət yox idi.
Azərbaycanda elektron xidmətlərin inkişafına imkan yaradacaq elektron hökumət infrastrukturu kifayət qədər formalaşmış və inkişaf etməkdədir. Mövcud elektron hökumət infrastrukturu ilə bir qurumdan asılı olan e-xidmətlərin inkişaf səviyyəsi 4-cü səviyyə - tam elektronlaşmaya (elektron müraciət və xidmətin elektron çatdırılması) qədər yüksələ bilər. Bir neçə qurumdan asılı olan elektron xidmətlərin 4-cü səviyyəyə qalxması üçün ilk növbədə dövlət qurumlarının informasiya sistemləri arasında məlumatların (o cümlədən, fərdi, kommersiya və daşınmaz əmlakla bağlı məlumatların) təhlükəsiz mübadiləsi vacibdir. Hal-hazırda informasiya sistemləri arasında informasiya mübadiləsi üçün texniki və hüquqi baryerlərin aradan qaldırılmasında ciddi addımlar atılır. Gözləntimiz budur ki, sosial xidmətlərin göstərilməsi, əhainin sosial müdafiəsi ilə bağlı tədbilərin həyatab keçirilməsi sahəsində proaktiv elektron xidmətlərin sayı artsın. Bu xidmətlərin keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqədar mütəmadi sorğular keçirilsin, həmçinin insanlar arasında maarifləndirmə tədbirləri daha da gücləndirilsin.
Bir şunu diyen bir yazı `-AVUUSI e -X.DMTLOR: 105 Proaktiv xidmat 44 E-arayış xidmati 30 Nazirliyin