Dominant.az 1 yaşında

Dominant.az 1 yaşında
 
Bu gün tanınmış jurnalist Rumiyyə Miraslanın qurucusu və baş redaktoru olduğu dominant.az xəbər saytının 1 yaşı tamam olur. 
 
Fəaliyyətə başlamasından keçən bir il ərzində sayt Azərbaycanda kifayət qədər tanınmağı geniş oxucu auditoriyasına sahib olmağı bacarıb. 
 
Yarandığı ilk gündən özünə seçdiyi "Hər kəsə söz haqqı" şüarına əməl edən, bütün kəsimlərdən olan insanlara heç bir ayrı-seçkilik qoymadan söz haqqı verən dominant.az bu qədər qısa müddətdə çox oxunan, izlənən xəbər saytlarından birinə çevrilib.
 
İlkxeber.org olaraq  fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə saytın rəhbəri Rumiyyə Miraslanı və kollektivini təbrik edir, daha böyük uğurlar diləyir, davamlı olmasını arzulayırıq.