MN: Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.