Erməni vandalimzi (IX hissə). Gəncəsər monastırı

Kəlbəcər rayon Gəncəsər monastırı 1216-1238-ci illərdə qurulub. Elmi ədəbiyyatda Xəzinədağ məbədi, lakin abidə Gəncəsər (ingiliscə: Gandzasar) adı ilə tanınır. Abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. Abidənin memarlıq xüsusiyyətləri: Hündür qala divarları ilə əhatə olunmuş Gəncəsər kompleksinə türk-xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn məbəd binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban dindarlarının son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq şimal və cənub fasadlarının memarlıq həlli, demək olar ki, eynidir. Onların hər biri beş tağla bəzənmiş, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanmışdır. Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş məbəd dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır. Abidə 1993-ci il aprel ayının 03-dən etibarən Ermənistan Respublikası Hərbi Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan Respublikası, 1992-1994-cü illardə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Gəncəsər monastırının memarlıq quruluşunda və interyerində də dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Ermənistanın işğalı altında olan abidə bu dövlətin müvafiq qurumları tərəfindən erməni Qriqoryan dininin mərkəzi kimi təbliğ olunur. Gəncəsər monastırı 1216-1238-ci illərdə qurulub 1994-cu ildən etibarən Ermənistan Respublikasının abidələri siyahısına daxil edilmiş və erməni kilsəsi kimi təbliğ edilir. Məbədin divarları rəngli boyalarla yazılmış, Alban knyazı Həsən Cəlalın qəbrinin üzərindəki sinə daşı qırılsa da, onu yenidən bərpa etməyə cəhd edilmişdir. Gəncəsər monastırı Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:  2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər yetirilmişdir. Abidənin interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları və erməni dilində yazılar yerləşdirilmişdir.  Monastırın həyətinə və Monastıra aid olan qəbristanlığa 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaçdaşları quraşdırılmışdır.  Ermənilər, abidənin daxili interyerində, yəni daxili divarları üzərindəki yazılar və bədii nümunələr silərək qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzəməklə abidəyə əhəmiyyətli dərəcədə zərər veriblər.  Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, sinə daşı üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər.  Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülmüşdür. Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülmüşdür