Gənc leytenant

Qələbənin qazanıldığı ilk gün idi.  10 noyabr 2020- ci il. Nə qədər çox sevinsəm də hər kəs kimi  ürəyim bir tərəfdən də sızıldayırdı. Bu qələbəni borclu olduğumuz şəhidlərimiz gözüm önünə gəldikdə birbaşa səhər tezdən insan axını ilə dolu olan ikinci Fəxri xiyabana yollandım. Burdakı hələ məzar daşı olmayan və boş qəbirlər gördükcə hər birimizin ürəyi dağ -dağ olurdu. Bir şəhidin məzarı başında ağlayan  bir xanımı gördüm.
Onun məzarı üzərində həyasına sığınaraq için-için ağlayan nişanlısından onun haqqında danışması hər ikimiz üçün nə qədər ağır olsa da o qədər qürurlu idi. Allah hər adamı seçmir bu uca məqama yetişmək üçün.
  Məqamı ali olan şəhidimiz 1998-ci il 6 avqustda  Bakı şəhəri Zabrat qəsəbəsində Şəbiyev Vaqif və Şəbiyeva Reyhan ananın ailəsində  dünyaya göz açmışdır.  Onun atası Şəbıyev Vaqif də 1992-ci illərdə birinci Qarabağ müharibəsində döyüşən, indi isə ehtiyatda olan mayordur. Məhəmməd 2004-cü il sentyabr ayında elə Zabrat qəsəbəsində 71 nömrəli orta məktəbə daxil olmuş və 2013-cü ildə 15 yaşı olarkən Naxçıvaniski hərbi məktəbə sənədlərini verir. 3 il oxuyub təhsili bitirir.  Hərbi təhsilini daha dərindən öyrənmək üçün Məhəmməd 2016-cı il Heydər Əliyev adına ali hərbi məktəbə verir sənədlərini. Uşaq vaxtlarından nə qədər sakit olsa da o qədər tələbkar olan Məhəmmədin bu xasiyyəti onun işində də özünü göstərirdi. Ali hərbi məktəbdə oxuduğu müddətə Zinyət adında bir xanımı sevir.  2020-ci yanvar ayının 3-ü onların elçilik  mərasimi olur. Onların 2021-ci il 3 yanvarda isə böyük nişan  etmək  və 3 avqust isə şadlıq evlərinin birində təmtəraqlı toy etmək  arzuları var idi. Ali hərbi məktəbi bitirib gənc leytenant hərbi rütbəsi alaraq  Ağdama "N" saylı hərbi hissəyə yollanır.  Xidmət etdiyi vaxtlarda ancaq postlarını qoruyan və təlimlərdə olan Məhəmməd,  onunla birgə leytenantı   baş leytenant və iki gizir əmr alaraq ikinci Qarabağ müharibəsində  Ağdərə uğrunda gedən döyüşlərə qatılırlar. Döyüşlərdə qəhrəmanlıqla iştirak edirlər.  4 oktyabr saat onun yarısına qədər onunla əlaqə saxlayan nişanlısına " narahat olma hər şey yaxşı olacaq "- deyib qısa danışır. Günortadan sonra  isə ondan xəbər çıxmır ayın 9-a qədər.  Həmin vaxtlarda gedən qızğın döyüşlərdə düşmənin atdığı mərmi mayorun üzərinə düşərkən qəlpə qırıntısı da Məhəmmədin sol döş qəfəsindən dəyərək onu və onunla birgə döyüşə gedənləri şəhid edir.  Şəhid olarkən nişanlısının ona hədiyyə verdiyi saat da qolunda olur. O, söz vermişdi ki,   bu saatı heç zaman qolundan çıxarmayacaq.   Amma,  zaman onun üçün müqəddəs yerdə durdu. Oktyabr ayının
10-da ikinci fəxri xiyabanda dəfn olunur.
Atlaz Rzayi