Deputatın "Gənclərə tövsiyyələr" kitabı Sumqayıtda müzakirə edildi

Sumqayıt Gənc Müəllimlər Birliyinin və Sumqayıt MKS Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovun "Gənclərə tövsiyyələr" kitabı üzərindən panel-müzakirə keçirilib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirildikdən sonra  millət vəkilinin fəaliyyətini əks etdirən
Uşaq şöbəsinin hazırladığı "Yol və zirvə" adlı videoçarx nümayiş etdirildi.
Moderator yazıçı- dramaturq, kulturoloq Hafiz Ataxanlı Azərbaycanın dövlətçilik tarixinə ekskurs etdi, yeni dünya nizamında önəmli yer tutan Azərbaycanın siyasi- beynəlxalq nüfuzunu, iqtisadi inkişafını vurğuladı və təbii ki, bu uğurlarda hər bir gəncin uğur hekayəsinin ümümi işə töhfəsindən danışdı.
"Gənclərə tövsiyyələr" kitabının müəllifi, kreativ layihələri ilə seçilən millət vəkili kitabın yazılma ideyasından söz açdı.
Dövlətin gənclər siyasətinin istedadlı gənclərə yol açdığını xatırlatdı.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, "Zərdabi" nəşriyyat-poliqrafiya müəssisəsinin direktoru, Zərdabi nəslinin nümayəndəsi Aydın Məlikov, REHA təhsil- təlim mərkəzinin rəhbəri İlhamə Axundova, şəhər 5 nömrəli məktəbin direktor müavini Arzu Əliyeva, şair Hikmət Fərzəli, şair-publisist İlhamə Məhəmmıdqızı, şair Gülnar Ümid, tələbə İlahə Bağıyeva və başqaları çıxış etdilər. Çıxışlarda və millət vəkilinə ünvanlanan suallarda vacib məsələlərə işıq salındı.
Lütfizadə məntiq olimpiadasının qalibi Kənan Nəcəflinin səmimi çıxışı da maraqla qarşılandı.
Sumqayıt  Gənc Müəllimlər Birliyinin rəhbəri Rəna Nəcəfli, Sumqayıt MKS Uşaq şöbəsinin rəhbəri Yeganə Hüseynova millət vəkilinə və qonaqlara təşəkkürlərini bildirdilər Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin Simli kvarteti Könül Bəbirovanın rəhbərliyi ilə musiqi nömrələri ifa etdilər.
Sonda millət vəkili Ceyhun Məmmədov bir daha gənclərə öz tövsiyyələrini verdi, qaldırılan məsələlərin həllinə yardımçı olacağına söz verdi.