“Ekoloji İnformasiya” İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 18-də zərdablı fermerlər üçün ekoseminar təşkil edilib . Tədbir Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq layihəsi çərçivəsində baş tutub.
Ekoseminar iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiram duruşu ilə yad ediblər.
Tədbiri Zərdab rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şövqi Qafarov açaraq iştirakçı fermer və qonaqları salamlayıb. Bildirib ki, cari 2024-cü il ekoloji baxımdan ölkəmiz üçün əhəmiyyətli bir ildir. Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2024-cü il “ Yaşıl dünya naminə həmrəylik ili “ elan olunub. Bununla yanaşı həm də bu il ölkəmiz Beynəlxalq COP 29 ekoloji tədbirə ev sahibliyi edəcək. O cümlədən Ekoloji İnformasiya İB tərəfinfən icra olunan “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsi də özünün aktuallığı ilə dövrün tələblərini özündə əks etdirir.
Layihə rəhbəri, Ekoloji İnformasiya İB –nin sədri Musa Muradlı çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb.Qeyd edib ki, layihə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şəffaf və obyektiv keçirilən qrant müsabiqəsində qalib elan edilib. Natiq təşkilatatın layihə fəaliyyətinə göstərilən dəstəyə görə QHT Agentliyinə təşəkkür etməyi də unutmayıb. Musa Muradlı tədbir iştirakçılarına göstərdikləri fəallığa və Zərdab rayon İcra Hakimiyyətinin başçısı və onun aparatına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Layihələr üzrə mütəxəsis Rasim Zeynalov “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsinin aktuallığını qeyd edib. Bildirib ki, Azərbaycan vaxtı ilə kənd təsərrüfatı məhsullarının istehsalında lider ölkə olub. Bir ara kənd təsərrüfatı tənəzzül keçirsə də indi irəliləyişlər müşahidə olunur. Ancaq buna baxmayaraq hələ də xarici bazarlardan asılılıq qalır. Bu da o deməkdir ki, ölkəmizdən xaricə valyuta axını baş verir. Həm iqtisadi , həm də ekoloji cəhətdən mövcud şərait qənaətbəxş hesab oluna bilməz. Bunun üçün də fermerlərimiz yeni dövrün tələblərinə uyğun çalışmalı , keyfiyyətli məhsul istehsalına nail olmalıdırlar. Dövlətin kənd təsərrüfatına ayırdığı subsidiya və yardımları, ö cümlədən ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı üçün yaradılan qananunvericilik bazası fermerlərimiz üçün geniş imkanlar yaradır.
Layihə eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev fermerlərə ekoloji təmiz məhsul barədə geniş məlumat verib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalını vətənpərvərli və milli təhlükəsizlik baxımından mühüm addım hesab edib. Alim ekspert vurğulayıb ki, sağlamlığımızın qorunması üçün ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı prioritet sahəyə çevrilməlidir. Fermerlərimizi ayrılan subsidiyalardan , o cümlədən ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına dair qəbul olunan qanundan yararlanmaqla fermerlərimiz bu istiqamətdə uğurlar qazana bilərlər.Beynəlxalq təcrübədən misal gətirən Xosrov Musayev hazırda əksər inkişaf etmiş ölkələrin bu istiqamətdə uğurlar əldə etməklə ixracatçıya çevrildiyini qeyd edib. Fermerlərimizə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istiqamətində fəaliyyəti genişləndirməyi tövsiyyə edib.
Tədbirdə iştirakçılara dəftərxana ləvazimatları paylanıb.Sonda çay süfrəsi təşkil edilib.
Səmərəli və faydalı müzakirələrlə yadda qalan ekoseminar iştirakçıların məmnunluğu ilə yekunlaşıb.
Ekoloji İnformasiya İB
© 2020 - Created by İLK XEBER.