Ekoloji İnformasiya İctimai Birliyi iyulun 18-də Yevlax Gənclər Evində “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” mövzusunda ekoseminar keçirib. Tədbir Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” adlı layihəsi çərçivəsində baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.
Yevlax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azad Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Həyata keçirilən layihənin aktuallığından danışıb.Bildirib ki, Ekoloji İnformasiya İB-nin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.
Ekoloji İnformasiya İB-nin sədri ,layihə rəhbəri Musa Muradlı çıxış edərək yaradılan şəraitə görə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və İcra Hakimiyyətinin əməkdaşlarına, o cümlədən Yevlax Gənclər evinin əziyyəti keçən əməkdaşlarına təşəkkürünü bildirib. Tədbirdə havanın isti keçməsinə baxmayaraq iştirak edən yevlaxlı fermerlərə xüsusi təşəkkür edib.Musa Muradlı bildirib ki, “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Bunun üçün də donor təşkilatın şəffaflığını, ictimai maraqlara diqqət göstərməsini yüksək dəyərləndirib.
Peşəkar QHT təmsilçisi Rasim Zeynalov da həyata keçirilən layihənin aktuallığından danışıb. Bildirib ki, Azərbaycan kənd təsərrüfatı respublikası kimi vaxtilə böyük uğurlar əldə edib. Pambıqçılıqda, taxılçılıqda və sair məhsulların istehsalında ölkəmiz şöhrət qazanıb. Müqayisədə bu gün kənd təsərrüfatında vəziyyət o qədər də ürəkaçan deyil. Bunun üçün də fermerlərimiz daha çox təşəbbüskar olmalı, yeni imkanlar barədə düşünməlidir.
Layihə eksperti , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev fermerlərlə söhbətində ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında danışaraq, hazırda bu sahənin inkişaf etdirilməsini vurğulayıb. Bildirib ki, insanların sağlamlığı istehlak olunan məhsulların keyfiyyətindən asılıdır. Hazırda bazarlara çıxarılan məhsullar keyfiyyət baxımından o qədər də qənaətbəx deyil. Xüsusilə GMO (Geni Modifikasiya Olunmuş) məhsullardan istifadə etmək təhlükəlidir. Ona görə də keyfiyyətli məhsul istehsalı aktuallaşıb. Ekoloji təmiz tənd təsərrüfatı məhsullarının istehsalı da bu baxımdan olduqca vacibdir. Alim Xosrov Musayev bunun üçün dövlətin yaratdığı standartlardan danışıb. Qeyd edib ki, “ekoloji təmiz kənd təsərrüfatı məhsulları” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Digər hüquqi normativ aktlar yaradılmaqla fermerlər üçün hüquqi baza yaradılıb.
İnteraktiv keçən görüşdə fermerlərin sualları cavablandırılıb.
Tədbirdə iştirakçılara dəftərxana məhsulları paylanıb.
Sonda çay süfrəsi təşkil edilib. Fermerlərə ekoseminarda iştirak etdiklərinə görə Sertifikatlar təqdim edilib.
Ekoloji İnformasiya İB
© 2020 - Created by İLK XEBER.