Azərbaycanda “Yaşıl Enerjiyə Dəstək Elmi-İnnovativ Təşəbbüs Qrupu” (YEDEİTQ) yaradılmışdır. Ölkəmizin, elecə də dünyanın Azərbaycanda keçiriləcək möhtəşəm COP-29 tədbirinə təşkilatçılığı zəminində formalaşan, bu böyük hərəkata öz elmi-innovativ töhfəsini vermək üçün yaradılan yerli və xarici ölkələrdən olan ali təhsil və tədqiqat ocaqlarının birgə təşəbbüs fəaliyyəti bu Təşəbbüs Qrupundan əlaqələndirilir. Təşəbbüs Qrupunun əsas fəaliyyət məqsədi COP-29 tədbiri ərəfəsində, eləcə də bundan sonrakı mərəhlədə ölkəmizin Yaşıl Enerji strategiyasının mökəmlənməsi və təbliği məqsədlərinə xidmət edəcək. “COP-29 Cənubi Qafqazın və Dünyanın yeni ekoloji rifah və sabitlik Platformasıdır” mövzusunda Beynəlxalq Konfransın təşkili də bu ilin sentyabr ayı üçün düzənlənmişdir. Xarici Ölkələrin tanınmış elm və təhsil ocaqlarının (ABŞ, Qərbi Avropa, Rusiya, Türkiyə, Şərqi Avropa) COP-29-a, eləcə də ölkəmizin yaşıl enerji siyasətinə dəstəyi istiqamətində elmi-innovativ səyləri artır. COP-29-a dəstəyin beynəlxalq zəmində gücləndiilməsi istiqamətində xarici elmi institut və tədqiqat ocaqları ilə daxili elmi tədqiqat və təhsil institutlarımızın əlqaələndirilməsi işlərini də genişləndirmək vacib hədəflərdəndir. Yaşıl Enerjiyə Dəstək Elmi - İnnovativ Təşəbbüs Qrupu” nun fəaliyəti Əlaqələndirmə Şurası vasitəsilə həyata keçirilir. Təşəbbüs Qrupuna 40 -dan artıq xarici nüfuzlu elm, təhsil ocaqları qoşulmuşdur.
“Yaşıl Enerjiyə Dəstək Elmi - İnnovativ Təşəbbüs Qrupu”na üzvlük könüllü əsaslarla ictimai və dövlət maraqlarımıza dəstək olmaqla xarici ölkə elm və təhsil institutları tədqiqatçıları üçün açıqdır.
“Yaşıl Enerjiyə Dəstək Elmi-innovativ Təşəbbüs Qrupu”nun Əlaqələndirmə Şurası
© 2020 - Created by İLK XEBER.