Qarabağ qazilərindən ibarət olan amputant futbol komandamız Türkiyənin komandası ilə yoldaşlıq görüşü keçiriləcək.
İlkxeber.org xəbər verir ki, görüş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Yoldaşlıq görüşü iyunun 3-də Şəfa stadionunda saat 17:00-da başlayacaq.
Oyuna giriş pulsuz olacaq.
Yoldaşlıq görüşünün əsas məqsədi "Bir millət, iki dövlət" prinsipini bir daha nümayəş etdirməkdir.
Qeyd edək ki, bu qarşılaşma Azərbaycan və Türkiyənin idman tarixində ilk dəfə keçirilir. Yoldaşlıq görüşünün ruhu qardaşlıq duyğuları üzərində qurulub.
© 2020 - Created by İLK XEBER.