“Fiziki məhdudiyyətli şəxslərə idman motivasiyasının artırılması” adlı layihənin video təqdimatı keçirildi – FOTOLAR

Oktyabrın 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin təşkilatçılığı “Fiziki məhdudiyyətli şəxslərə idman motivasiyasının artırılması” adlı layihənin video təqdimatı Sabunçu Gənclər Evində həyata keçirilib.

İlkxeber.org xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Vüqar İsgəndərov və Könül Nurullayeva, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Peabilitasiya Mərkəzinin direktor müavini Cəlil Cərullayev, Gənclər və İdman Nazirliyinın nümayəndəsi Yaşar Rzayev, Vətən müharibəsi qaziləri, tanınmış idmançılar Taleh Məmmədov və Kifayət Qasımova, Binəqədi rayonu 3 saylı orta məktəbin direktoru Almaz Həsrət, Anti-dopinq Agentliyinin nümayəndəsi Lalə Hacıyeva, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin müəllimi Aynur Musayeva, təlimçilər, valdeyinlər və fiziki məhdudiyyətli uşaq və gənclər iştrak edib.

Tədbiri Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası İctimai Birliyinin sədri və layihə rəhbəri Aynur Məmmədova açaraq, qonaqları salamlayıb, layihənin donoru və layihə haqqında məlumat verib.

Sonra butun keçirilən tədbirlərin qısa yığılmış video təqdimat nümayiş olunub.

Video təqdimatı izləndikdən sonra layihə rəhbəri qonaqları səhnəyə dəvət edərək, onlarla bərabər təlimçiləri və tədbirdə iştirak edən uşaq və gəncləri sertifikat ilə təltif edib. Qeyd edək ki, ümumilikdə 35 nəfərə sertifikat təqdim olunub.

Tədbirdə deputat Vüqar İsgəndərov və digər qonaqlar çıxış ediblər. Çıxış edənlər tədbir barədə layihə və rəylərini söyləyib, biri layihənin gözəl və uğurlu olmasını vurğlayıblar.

Sonda tədbir “cofe-brek” süfrəsində söhbətlərlə davam edib.

Tədbirdə umumilikdə 85 nəfərdən çox adam iştirak edib.