Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8 %-dən 8,25 %-ə qaldırılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1,25 faiz bəndi artırılaraq 6,25 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

"Faiz dəhlizinin eninin daraldılması qərarı bu ilin avqust ayında pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib. Bu qərar eyni zamanda faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır", - deyə AMB bəyan edib.