Ronaldo ağlayaraq meydanı tərk etdi - VİDEO

DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeş oyunundan sonra 37 yaşlı ulduz futbolçu Kriştianu Ronaldo göz yaşlarını saxlaya bilməyib.

O, meydanı ağlayaraq tərk edib. 

Qeyd edək ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

K.Ronaldo iştirakçısı olduğu 5 dünya çempionatının heç birində mükafat qazana bilməyib.