Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 6 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 533,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 478,8 dollar) ilə müqayisədə 3,7% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
© 2020 - Created by İLK XEBER.