Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
28 yaşlı qolkiper səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda boynundan xəsarət alıb.
Matçın son dəqiqələrdə çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Məhəmmədəliyev boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qapıçı görüşü davam etdirib.
Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib.
© 2020 - Created by İLK XEBER.