Tövratda Süleyman peyğəmbər bölümündə belə bir kəlam yer alır ki, "Günəşin altında yeni heç nə yoxdur". Şərhçilərə görə, bu o deməkdir ki, yeni görünən hər bir şey elə köhnədən ibarətdir, nə zaman isə olub, olur və olacaq. Son vaxtlar yenilik və dəyişik adına edilənlər bu kəlamı tez-tez yadıma salır. Rüşvət, korrupsiya, plagiat, kütbeyinlik, qəddarlıq və s.-də "ad-san" sahibi olanlar o qədər dərin köklərə, şəbəkələnmiş dəstəyə malik olurlar ki, vəzifədən çıxanda ya yeni vəzifəyə gedirlər, ya da daha yüksək vəzifəyə təyin olunurlar. Şahmat taxtası üzərində fiqurların yerdəyişməsi kimi edilən bu saxta yeniliklərin icraçıları bunun sonunun hər zaman "şah' (uduş) ilə nəticələnməyəcəyini nəzərə alsalar, yaxşı olar. Məşhur bir məsəlimizdəki kimi, Əlinin papağını Vəlinin başına qoymaqla yenilik görüntüsü yaratmaq kiçik bir qrupun maddi marağına uğursuz xidmət cəhdindən başqa bir şey deyil və bunun cəmiyyətə heç bir faydası yoxdur, əksinə, irəliləyişin təminatçısı olan yeniliklərin tətbiqi yolunda ciddi maneədir, əngəldir. Ona görə də, yeni təyinatlarda "çörəyi ver çprəkçiyə" prinsipi gözlənilməlidir. Yoxsa ki, məlum məsəldəki kimi, "köhnə hamam, köhnə tas" təfəkkürü ilə nəinki irəli getmək, heç yerində saymaq da mümkün deyil. Bu iflasın başlanğıcıdır....
© 2020 - Created by İLK XEBER.