Yunanıstanın "greekcitytimes.com" saytı yazır ki, Ermənistanı müstəqil dövlət kimi tanımayan yeganə ölkə Pakistandır. Pakistan Türkiyədən daha çox Türkiyədir (türkdür)....
Sayt xatırladır ki, nüvə silahına malik olan Pakistanın keçmiş Baş naziri İmran Xan 2020-ci ildə , yəni II Qarabağ Müharibəsi zamanı bəyan etmişdi ki, Pakistan Ermənistan xəritədən silə bilər...
Yunan saytı qeyd edir ki, İmran Xanın bu bəyanatı Ruhullah Xomeyninin İsrailə qarşı işlətdiyi oxşar hədəni xatırltdı...
Onu da yada salmaq gərəkir ki, qeyd etdiyim sayt bu ilin əvvəlində yazmışdı ki, Pakistan tarixində türk xətti çox güclüdür. Ona görə də Pakistanda Türkiyəyə və türklərə xüsusi rəğbət var...
Bəllidir ki, müasir Pakistan bir vaxtlar Hindistanın bir parçası olub. Hindistan isə Böyük Moğol İmperiyasının müstəmləkəsi kimi tanınıb. 1526–1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk imperiyasına Pakistanda isti münasibətin olması bu məqamdan qaynaqlanır. Çünki Hindistanda islamın yayılmasında Böyük Moğol İmperiyası nəhəng işlər görüb. Hazırda Hindistanda 220 milyon müsəlman yaşayır. Bu baxımdan Hindistan dünyanın əhali sayına görə ən böyük müəlman ölkələrindən biri sayılır...
© 2020 - Created by İLK XEBER.