Bakı və Tehran qaz mübadiləsinə dair razılığa gəliblər

Tehranda Azərbaycan baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi, Ticarət və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın neft naziri Cavad Oci arasında görüş keçirilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə İran arasında neft-qaz sahəsində əməkdaşlığın qarşılıqlı faydalı və səmərəli olduğu bildirilib. Tərəflər təbii qaz mübadiləsi sahəsində mövcud müqavilələrin icrasını müzakirə ediblər. Qeyd olunub ki, bu istiqamətdə işlər davam etdirilməlidir.

Görüşdə Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsinə dair də razılıq əldə olunub. İranlı nazirin sözlərinə görə, Xəzərdə neft və qaz yataqlarının işlənməsinə dair ilkin danışıqlar aparılıb.

Azərbaycan baş nazirinin müavini öz növbəsində görüşün yekunlarına görə Azərbaycan və İranın bütün sahələrdə, xüsusilə enerji sektorunda uğurla əməkdaşlıq etdiyini qeyd edib.

virtualaz.org