Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,40 dollar artaraq 70,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 68,05 dollar olub.

Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti də 0,90 dollar artaraq 70,57 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.