Rusiyanın yeni işğal planları

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Krımın Rusiya tərəfindən işğal olunmasının yeddi illiyini Moskvanın Lujniki stadionunda tərəfdarları ilə birgə qeyd edib.V.Putin tərəfdarları qarşısındakı çıxışında böyük Rus imperiyasından, imperiyanın tutduğu ərazilərdən və eyni zamanda bir müstəqil dövlətin ərazi bütövlüyünü pozub, Krımın işğalına haqq qazandırmasından danışdı. Rusiya prezidenti hətta, öz çıxışında bir az da irəli gedərək,qonşu dövlətləri hədələməkdən belə çəkinmədi. Belə bir ifadə də işlətdi ki, bizimlə bir yerdə olmayanlar bizə qarşı çıxanlardır. Hesab edirəm ki, bu, hədə dolu çıxışın hədəfində Ukraynanın son günlər revanş istəyi və Qazaxıstan durur. Ümumiyyətlə, son günlər Rusiyanın siyasi hakimiyyət dairələrində, Qazaxıstan dövlətçiliyinə qarşı separat kampaniya başladıblar. Əgər, biz xəritəyə diqqətlə baxsaq, demək olar ki, Rusiya quru sərhədləri olan dövlətlərin əksəriyyətində separat yuva yaradıb. Bu separat vasitələrlə müstəqil qonşu dövlətlərin ərazi bütövlüyünə müdaxilə V.Putinin hakimiyyəti dönəmində özünün pik nöqtəsinə çatdı və hələ də davam edir. Rusiya qonşu ölkələrdə separatizm yaratmaq üçün əsas iki variantdan istifadə edir.Birincisi, harada  5- 10 min rus yaşayırsa, onların haqqlarını qorumaq adı altında ölkəyə müdaxilə eləmək. İkincisi isə, ya digər etnik azlıqların hüquqlarını qorumaq adı altında Moskvanın orbitindən qopmaq istəyən müstəqil qonşu dövlətlərin  ərazi bütövlüyünə müdaxilə eləmək. Zənnimcə, gün kimi aydı olan budur ki, çar düşüncəsində və təfəkküründə olan Putin, müstəqil qonşu dövlətləri quberniya kimi görür. Məsələn, Ermənistan kimi. Və belə olan şəraitdə Rusiyayla əməkdaşlıq sual altına düşür.  Ümumiyyətlə,bir məsələyə diqqət yetirmək lazımdır ki, Putinin siyasi reytinqi Rusiya daxilində ciddi şəkildə aşağı düşüb. Hesab edirəm ki, həm də bu o deməkdir ki, Putin öz siyasi reytinqini qaldırmaq üçün yeni separatizm yuvası və yaxud da yeni işğalı reallaşdıra bilər. Çünkü, Putinin Rusiya daxilində iqtisadi-siyasi reformalar hesabına öz siyasi reytinqini bərpa eləməsi inandırıcı görünmür və heç o düşüncədə olan siyasi lider  də deyil.

 

Şahin Bəkirli,

BAO Siyasi Analitik Mərkəzinin üzvü