Dalğalanan Türk bayrağı, istiqlaldan xəbər verir – Hüseyn Altınalan Türkiyə-Azərbaycan qardaşlığından yazır

Azərbaycan, Azərbaycan!
Üçrəngli bayrağınla məsud yaşa...

Belə deyilir Azərbaycanın himnində. Xitab bayrağa, yəni istiqlala. Eynilə, “Ey nazlı hilal”a səsləndiyi kimi. Çünki bayraq hürriyyətdir, istiqlaldır, vətəndir. Yarəndir o. Kölgəsində nə hüzn, nə iztirab vardır, deyilir onun üçün. 

Azərbaycan torpaqlarının bir qismi müstəqilliyin elan edildiyi 90-cı illərdə işğal edilmişdi. İşğal, amma sadəcə torpaqla məhdudlaşdırılmış deyildi. Ölkənin keçmişi də, gələcəyi də işğala uğramışdı. Milyonlarla Azərbaycan türkü qaçqın, köçkün olmuşdu. Boyunları keçən otuz il boyunca həmişə bükükdü. Toy-düyünlərin belə nəşəsi yoxdu. Türkülər hüzn məqamından səslənirdi. Məqamlar Hüseyni olmuşdu. Canlar torpağın bağrına düşürülmüşdü. Səslər qısıqdı. Bəli, Azərbaycan Türkü “qısıq səslər”di. Rüzgarın səsində acı, torpağın bağrında şəhidlər və dənizin rəngində solğun bir fon vardı. Şeirlər hər zaman “Qarabağ” dedi. “Laçın” dedi… Cocuqlar həsrətlə böyüdü. Hürriyyət eşqi və torpaq həsrəti sinələrə vurub durdu. 

Sonra zaman keçdi. Azərbaycan acılarıyla böyüdü, sərpildi, inkişaf etdi və gücləndi. Öz torpaqlarına qovuşmaq üçün daha bir addım atdı. Amma gediləcək yol çətindi. Addımlar isə qısa. Tam o əsnada bir dost əli uzandı. Eynilə yüz il öncə Qarsdan, Türkiyədən gələn igidlər kimi. Belə deyilmirdimi Qafqaz İslam Ordusunun Marşında:

Nuru paşa at belində Türkiyədən, Qarsdan gəlir.
Azərbaycan deyə-deyə, yenilməyən aslan gəlir.
Dalğalanan Türk bayrağı, istiqlaldan xəbər verir,
Türkün şanlı tarixinə zaman ər oğlu ər verir!

Yenə gəldi Nuru paşanın nəvələri. Yenə Türkiyədən gəldi. Yenə bir neçə cəbhədə savaşarkən gəldi. Və yenə İstiqlaldan xəbər verdi. Boynu bükük Azərbaycan Türkünə nəfəs oldu, can oldu. Qaldırdı bükülmüş boyunları. Azərbaycan Türkü yenə gələnləri bağrına basdı. Evlərinə, iş yerlərinə, maşınlarına, küçə və prospektlərinə Türkiyənin bayraqlarını göz yaşlarının müşayiəti ilə asdı. Köksünün bir yanına “Nazlı Hilalımız”, digər yanına isə üçrəngli bayrağı taxaraq qoşdu. Bu coşqu qardaşlığın qovuşmasıydı. Bu coşqu nəhrin dənizə qovuşmasıydı. Çırpınan Qara dənizin Xəzərə ulaşmasıydı. İki bədən, bir yumruq oldu. Vurdu zülmün qalasına. O gün səma qırmızıya boyandı. Xəzər çırpındı, Qara dəniz çırpındı. Evlərində yaşlı nənələr, babalar çırpındı. Gənclər, uşaqlar çırpındı. Nəhayət, düşmən diz çökdü. Azərbaycan qələbə çaldı. Canından bir parçaya qovuşdu. Artıq vətənin öksüzü, yetimi qalmamışdı. Başlar yuxarı qalxmışdı. Bayraq bir daha ucalmışdı. Bir daha əsla enməyəcəkdi. 

Küçələr şən oldu. Sözlər şirin oldu. Üzlər gülər oldu. Sinələr sevinclə çırpındı. “Allah Türkiyənin ayağına daş dəydirməsin, Rəcəb Tayyip Ərdoğandan razı olsun, Allah ömrümüzdən alsın, ona versin, Tayyip Ərdoğan ikinci Nuru paşamızdır bizim” sözləri eşidildi. Türkiyədən gələnlər “Hörmətli qonağımız” deyilərək, etibar gördü. 

Türkiyə əleyhdarı xarici bağlantılı çevrələr lal olub, səssizliyə büründü, müxaliflər isə peşman oldu. Kimiləri sosial şəbəkə yoluyla üzr diləməyi borc bildi. Aslan İsmayılov adlı tanınmış hüquqşünas da nadim (etdiyi bir hərəkətdən peşman olan – red.) olanlar karvanına qatıldı. “Ərdoğana haqsızlıq etdim, çox peşmanam” deyərək, bu mesajı yaymaqla ərdəmliyini göstərdi:

“Sevgili yurdaşlar, səhifə izləyiciləri.
Sosial şəbəkə hesablarımda sizə qarşı hər zaman səmimi davranaraq, xəta etdiyim təqdirdə isə etiraf edəcəyimi söylədim. Son illərdə sosial şəbəkə hesablarımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənmədiyimi, onun Azərbaycana qarş səmimi olmadığını bildirirək, çoxlu sayda tənqidlər etdim. Yaşanan son olaylar, yanlış və ciddi bir haqsızlıq etdiyimi göstərdi. Bu gün xəta etdiyimi etiraf edərək və Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərək, sosial şəbəkə hesablarımda etiraz edənlərdən üzr istəyirəm. Bildirmək istəyirəm, həyat bunu göstərdi ki, Rəcəb Tayyib Ərdoğan böyük bir siyasətçi və Türk dünyasını səmimiyyətlə sevən böyük bir liderdir. Rəcəb Tayyib Ərdoğana cansağlığı, uzun ömür və Türk Dünyası üçün bundan sonra da görəcəyi böyük işlərində uğurlar diləyirəm!” 

Burada olduğu kimi, küskünlüklər, ittihamlar ortadan qalxdı…

İki ölkə arasındakı baryerlər qaldırıldı, qardaşlar arasında hörülən divarlar yıxıldı...

Plakatlarda “Milli qəhrəman Səlcuk Bayraktar” yazıb, qardaşına minnətdarlıq duyan, ermənilərə aid Rusiya S-300 raketləri və tanklarının məhv edilməsi ilə addımbaşı ordusuna güvəni artan azərbaycanlılar küçələrə axın etdi.

Şəhidlər xiyabanında artıq ağılar yüksəlmirdi. Bu zamanlar qürur günləriydi. Yenə göz yaşı vardı bəlkə, amma bu şərəfli günlərin xoşbəxtliyi idi. Bu dəfə sevinc göz yaşları tökülürdü. 

Dağ, daş iki qardaş ölkənin bayraqları ilə bəzənmişdi. Qardaşlıq hüququ hər yerdə özünü göstərirdi. 

Bunu bir dostum danışdı… Bir gün taksiyə miniblər. İstanbul türkcəsi ilə taksidə havadan-sudan danışırmışlar. Nəhayət, gedəcəkləri yerə yetişib, sürücüyə pulu uzadırlar. Sürücü pulu almaq istəməyib və “Siz Böyük Türkiyənin övladlarısınız. Siz bizim yardımçılarımızsınız. Sizdən pulu necə ala bilərəm?” deyib. O əsnada maşındakıların və sürücünün əlləri əllərinə qovuşmuş. Gözlər yaşarmış…

TRT əməkdaşı Fatih Avanos nə qədər məcbur etsə də, ev sahibi kirayəni almayıb, “Səni cəbhə bölgəsində gördüm, ölümdən döndünüz, Azərbaycanın informasiya savaşına qatıldınız, onun üçün bu ay kirayə almayacağam” deyib…

Bu və buna bənzər onlarla nümunə var… Bərbərindən, çayçısına, xatirə əşyaları satıcısına qədər…

Necə bir sevgidir Allahım! Necə bir həsrət… Qardaş qardaşa qovuşmuşdur yenidən…

Televiziyada bir jurnalisti, alimi, siyasətçini izləyərsiniz. Mövzu Türkiyədən açılınca səsi titrəyər, adətən. Türkiyə deyəndə qəlbləri titrəyər. Gözləri parlar. Bu, Türkiyə sevgisindəndir. 

Bakıda addım atarkən həmişə eyni səs qulağımıza dəyər:

Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına …

Gəncədə, Tərtərdə, Bakıda, harada bir Türk görsələr, salam göndərələr Türkiyəyə. Bilərlər, Türkiyənin əli zor zamanında hər zaman yanlarındadır. 

Allah bu tək millətə və iki dövlətə zaval verməsin!

Xülasə:

Son durumda hər kəsin ümidlə, narahatlıqla və həyəcanla gözlədiyi xəbər: 

Türk əsgəri gələcəkmi?

Her zaman olduğu kimi, Türk gözlənəndir…

MEDİA SAVAŞI

Azərbaycanın işğal altındakı torpaqlarını qurtarmaq məqsədi ilə başlatdığı əks-hücumda sadəcə ordular savaşmadı, iki ölkə arasında “haqlılıq və məşruiyyət iddiası” çərçivəsində informasiya mücadiləsi də yaşandı. 

Bu sahədə də dəstək, Bəxtiyar Vahabzadənin təbirincə, “Bir ananın digər oğlundan, Türkiyədən” gəldi.

Qardaşlarına siyasi və hərbi dəstəklə yanaşı, media sahəsində də güclü dəstək verildi. 

Böyük ürəkli, cəsarətli, təcrübəli savaş müxbirləri erməni vəhşətini gözlər önünə sərdi, heç kimsənin etiraz edə bilmədiyi biçimdə…

Saatlarla canlı yayım etdilər, yorğun və taqətsiz düşüncəyədək…

Qərb media orqanları və Rusiya mətbuatı isə ümumilikdə “üç meymun”u oynadı…

Ölkələri başqa müstəvidə şiddətli bir şəkildə mübarizə aparsalar da, ermənilərin təbliğat müharibəsində birləşdilər. İşlərinə gəldikdə, heç bir qaydaları tanımadan yayımladılar, amma boş yerə, böyük ürəkli türk jurnalistlər canlı yayımda Ermənistanın müharibə cinayətlərini ictimaiyyətlə paylaşdılar.

Onları bombalar, raketlər, snayper hücumları qorxuda bilmədi. Çünki ürəkdən inanır, dəstəkləyir, öz savaşları olaraq görürdülər bu mücadiləni…

Həm də onlar qərblilər kimi davrana bilməzdi…

Gerçəklər bütün çılpaqlığı ilə ortadaykən, yaşayış məntəqələri vurulmuşkən, “iddia belədir, inanmaq sizə qalmış” deyə bilməzdilər…

Gəncədə, Tərtədə, Bərdədə olduğu kimi, Azərbaycanın mülki vətəndaşlarına kaset bombalı, ballistik raket hücumları düzənlənsə, “Ermənistan tərəfinin iddiası olaraq” servis edə bilməzdilər. 

Çünki her şeyin bir əxlaqı və vicdanı vardı…

“Hücum edildi, Ermənistan mülki vətəndaşlarının öldüyünü açıqladı...” deyə bilməzdilər.

Rusiyanın “Moskovkski Komsolomets” kimi, “Ermənistan üzərinə götürmədi, kimin düzənlədiyi tam olaraq bəlli deyil” kimi...

Amerikan “Assocatied Press” (AP) agentliyi kimi, “Tərəflər bir-biriləni günahlandırır” şəklində bir başlıqdan da istifadə edə bilməzdilər.

Ar edərdilər, müharibə cinayətlərini görməzdən gəlib, işğalçı zalım terror dövlətinin yanında yer almaqdan…

“Figaro” kimi “Ermənistanın məğlubiyyəti, eyni zamanda Qərbin də məğlubiyyətidir” başlığını atıb, işğal altındakı torpaqları xilas etməyə çalışan Azərbaycana qarşı Qərb dünyasını hərəkət keçməyə çağıra bilməzdilər.

“Ermənistan tarixdəki ilk xristian dövlət qurban edildi”, deyə bilməzdilər. “Ermənilərin Azərbaycanın nəzarəti altına keçən Qarabağdakı tarixi varlıqlarla əlaqədar əndişəli olduqlarını” önə sürərək, müharibə cinayətlərinin üzərinə örtməyə çalışıb, projektoru fərqli nöqtəyə tuta bilməzdilər.

Dahası “Dağlıq Qarabağ: Qalan son ermənilərin Kəlbəcəri ürək dağlayan tərk etmələri” şəklində təşviqat edici başlıqdan istifadə edə bilməzdilər. “Figaro” kimi hücum edənləri məzlum göstərmək cəhdinə girə bilməzdilər.

Utanardılar həftə sonu əlavələrində Ermənistana yardım reklamı verməyə... “Yardımlarınızın 60 faizi vergidən azad olunur, yəni 100 avro yardım edənin cibindən 34 avro çıxır”, deyə bilməzdilər.

“Le Monde” qəzeti kimi, atəşkəs razılaşmasını “Vladimir Putin İrəvana məğlubiyyət möhürünü basdı” başlığı ilə duyurub, Rusiyaya düşmənlik üzərindən ermənilərə dəstək çağırışı edə bilməzdilər.

Yalanları ortaya tökən qarşı səsləri qısa bilməzdilər AFP və “Le Figaro” kimi...

Azerbaycanın Parisdəki səfiri Rahman Mustafayevlə müsahibəni yayımlamazdılar, eyni durum ermənilər üçün keçərli olsaydı…

Yenə alman mətbuatı kimi, özəlliklə yorğun düşümüş mülki vətəndaşların fotolarını yayımlayaraq, Ermənistanı haqsızlığa uğramış kimi göstərməyə çalışa bilməzdilər. Təxminən bütün xəbərlərində Qərbin Ermənistanı yalnız buraxdığından şikayət edib, Türkiyə və Azərbaycana qarşı çəkindirici adım atılmamasını tənqid edərək, “bölgənin avtoritar liderləri olan Ərdoğan və Putinin işinə yaradı” şəklində şərhlər yaza bilməzdilər, AB və ABŞ-ın sevmədiyi iki lider vurğusunu yaparaq...

Qərbi Ermənistanın yanında durmağa təşviq edən xəbərlərə yer verə bilməzdilər “Süddeutsche Zeitung” qəzeti kimi, “cəbhədə Azərbaycan və Ermənistan savaşarkən ipləri arxada Rusiya və Türkiyənin çəkdiyini” müdafiə edərək …

“Berliner Zeitung” qəzeti kimi də “DAĞLIQ QARABAĞ: AB-NİN UĞURSUZLUĞU” başlığıyla və “Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı kövrək durumdan öz xeyirinə istifadə edərək, Ermənistan və Azərbaycanı ermənilərdən başqa hər kəsin yararlandığı bir sülh anlaşması imzalamağa məcbur etdiyi, bu durumdan Almaniya və AB-nin ortaq məsuliyyət daşıdığı” şərhi ilə xəbər yayımlaya bilməzdilər.

“Die Welt” kimi “PUTİNLƏ ƏRDOĞAN DÜNYANI ÖZ ARALARINDA PAYLAŞIR” başlıqlı analiz də yayımlaya bilməzdilər … 

“Die Tageszeitung” qəzeyinin “ACİZLİYİN DİLİ” başlıqlı xəbərində olduğu kimi, sözü gedən savaşın AB tərəfindən görməzdən gəlindiyi, bunun da ən başda Almaniyanın xarıci siyasətinin acizliyinin bir işarəsi olduğunu müdafiə edib, ictimai rəyi provakasiya edən dildən istifadə edə bilməzdilər.

Bəli, Türkiyə mediası müharibə cinayətlərini görməzdən gəlib, projektoru fərqli nöqtələrə çəkib, gizlədə bilmədi, Qərb media orqanları kimi …

Universal etik qaydalar çərçivəsində ermənilərin və dəstəkçilərinin başlatdığı “təbliğat savaşını” və psixoloji müharibəni, strateji həmlələri uğursuzluğa uğratdı, Azərbaycan tərəfi ilə çiyin-çiyinə verərək …

Demək olar ki, Türkiyə Prezident Adminstarsiyasi İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi bu güclü dəstək də fərq edildi, təqdirlə qarşılanda və həmən hər ağızdan minnətdarlıqla anıldı. 

Ali Baş Komandan cənab İlham Əliyev və Prezidentin köməkçisi Hikmət Hacıyevin dodaqlarından daim “Türkiyə mediası bütün dünyaya haqlı davamızı çatdırdı, qardaşlarımız var olsun” sözləri töküldü. 

Bu müddətdə birlik və bərabərlik içərisində olduğunda Türk millətinin nələr edə biləcəyi göründü… 

Bir millət, 7 dövlətin inşası diləyi ilə....

Hüseyn Altınalan
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri