Bu ildə Azərbaycan hökuməti mütəmadi intervensiyalar vasitəsilə manatın 1,7 AZN/USD məzənnəsini saxlayacaq.
“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyinin hesabatında bildirilir.
Ötən il MBA tərəfindən Dövlət Neft Fondunu iştirakı ilə keçirilən valyuta hərraclar sayəsində bazarda kifayət qədər xarici valyuta təklifinin olduğunu qeyd edən hesabat müəllifləri aprel – may aylarında xarici hesabların azalması ilə xarici valyutaya olan tələbatın da azaldığını diqqətə çatdırıb. Bununla belə, karbohidrogen qiymətlərinin uzun müddət ucuz qalacağı təqdirdə hökumət 2015-ci ildəki kimi valyuta itkisinə yol verməmək üçün məzənnə dəyişikliyinə gedəcəyi də qeyd olunur.
Xatırladaq ki, 2021-ci il dövlət büdcəsi neftin qiymətinin 40 dollardan hesablanaraq tərtib olunduğu halda ilin əvvəlindən dünya bazarlarında neft 50-55 dollardan satılması büdcəyə və Dövlət Neft Fonduna əlavə mədaxil olacağı ehtimalını artırır.
Azərbaycan Dövlət Neft Fondu 2019-cu ildə valyuta hərraclarında 6 593,86 milyon ABŞ dolları, 2020-ci ildə isə 7 303,64 milyon dollar məbləğində xarici valyuta satıb.
© 2020 - Created by İLK XEBER.