Beynəlxalq Qalereya Yeni il bayramına həsr olunmuş sərgi təşkil edib

Beynəlxalq Qalereyada Yeni il bayramına həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgi təşkil olundu. Sərgidə  "Al MART" Studionun rəhbərləri Mariya Əliyeva, Almaz Məmmədzadə  və "Şəhanə" Tədris Mərkəzinin rəhbəri Şəhanə Paşayeva tələbə kollektivi ilə birgə iştirak edirdilər. Sərgidə müxtəlif yaş qrupundan olan 50  rəssam  iştirak edirdi.  Əsərlər  qış fəslinə və Yeni il bayramına həsr olunmuşdu.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayıb,  yeni ildə yeni nailiyyətlər arzuladı.
 Sərgidə fəxri qonaq olaraq ADPU-nun  baş müəllimləri Leyli Səmədova, Fialeta Babayeva, Nuranə Mirsədizadə və media nümayəndələri iştirak edirdilər. Sonda sərgi iştirakçılarına Beynəlxalq Qalereya tərəfindən "Tonti" şokoladlarından ibarət hədiyyə paketi və sertifikat   təqdim olunub xatirə fotoları çəkildi.

Aygün Oqtay
Fotolar Camalındır