"Sülh sazişinin imzalanmasına ümidim yoxdur"-ŞƏRH

Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında sülhün qurulması üçün mühüm vasitə ola bilər".

 Bu barədə politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, 10 noyabr sazişinin 9-cu maddəsində göstərilir ki, Ermənistan-Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun açılması nəzərdə tutulur və Ermənistan öz ərazisindən, Zəngəzur dəhlizindən Naxçıvana kimi öhdəlik götürüb:

 "Bu illər ərzində Ermənistan heç bir öhdəlik yerinə yetirmədi. Qarabağda olan hərbi kontingentini çıxarmağı belə həyata keçirmədi. Təbii ki Azərbaycan antiterror əməliyyatı həyata keçirməklə həmin silahlı qüvvələri ərazimizdən çıxardı. Ermənistan Azərbaycan arasında sülh sazişinin imzalanması mütləq şəkildə Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirdikdə olacaq. Azərbaycanın 8 kəndi işğal altındadır. Ermənistan silahlı qüvvələri 8 kəndi hələdə qaytarmır. Ümumilikdə Ermənistan Azərbaycan arasında sülh sazişinin imzalanmasına qədər bir neçə problem var. Ermənistan öz üzərinə götürdüyü öhdəlikdən bilərəkdən yayındığına görə, sülh sazişinin əldə olunması prosesi də uzanmaqdadır".

 Politoloqun sözlərinə görə, Ermənistanın siyasi hakimiyyəti müstəqil deyil, necə deyərlər uzaqdan idarə olunan hakimiyyətdir:

 "Ermənistanın baş naziri Paşinyan özünü xalqın rəhbəri kimi deyil,Amerikanın səfiri kimi aparır. Başda ABŞ olmaqla Qərb kalsiyası Cənubi Qafqaza girmək istəyir. Bu baxımdan Ermənistan Azərbaycan arasında sülh sazişinin imzalanarsa, Qərbin hərbi kontingentinin Cənubi Qafqaza girməsi reallaşa bilməz. Yəni bu baxımdan Paşinyanı hakimiyyətə gətirən Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün olmasında maraqlı deyil. Ümumilikdə nəzər salsaq ki, ABŞ-ın strategiyası ondan ibarətdir ki,dünyanın ayrı-ayrı ölkələrində qaynar ocaqlar yaratmaq və bu xaosun fonunda öz şəxsi maraqlarını həyata keçirmək taktikasını irəli sürür. Cənubi Qafqazda da həmin ssenari həyata keçirilir. Ermənistan Azərbaycan arasındakı qarşı durmanı körükləmək və bunun fonunda öz maraqlarını həyata keçirmək dayanır ".

 

Müsahib əlavə edir ki, Paşinyanın apardığı siyasət Cənubi Qafqazda stabilliyin pozulmasına hesablanılır:

 

"Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasına maraqlı deyil. Ümumilikdə nəzər yetirsək, sülh sazişi bizim maraqlardan çox Ermənistanın maraqlarına uyğundur. Ermənistanın iqtisadi cəhətdən inkişafı nəqliyyat infrastrukturunun, dəmiryolunun açılmasından keçir. İstər yüngül sənaye olsun, istərsə də ağır sənayedə bu dövlət öz ərazisində bu sahəni inkişaf elətdirmək kimi mütləq şəkildə nəqliyyat infrastrukturunun açılması vacibdir. Paşinyanın yeritdiyi siyasət nəticəsində Ermənistan Azərbaycan arasında nəqliyyat infrastrukturu açılmayacaqsa, Zəngəzur dəhlizindən Azərbaycanın maraqlarına uyğun istifadə edilməyəcəksə, bu zaman Azərbaycan da Ermənistanın nəqliyyat infrastrukturundan istifadə edilməsinə maneəçilik törədəcək. Məsələnin kökündə bu durur ki, qarşıdurma Qərbin marağındadır və Paşinyan da bunu oynayır. Sülh sazişi bizdən çox Ermənistanın maraqlarına aiddir, çox təəssüf olsun ki, Paşinyan erməni xalqının maraqlarına deyil, Birləşmiş Ştatların göstərişinə uyğun davranır. Ermənistan- Azərbaycan arasında sülh sazişinin imzalanmasına ümidim yoxdur".

 Tehran Yusifli