“Qarabağ” bu mövsüm ilk dəfə xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Ilkxeber.org Report-a istinadən xəbər verir ki, turun son matçında "Sabah" "Qarabağ"ı qəbul edib. "Bank Respublika Arena"da oynnaılan görüş qolsuz heç-heçə ilə başa çatıb.

Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən "köhlən atlar" hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"a 4:2, "Zirə" "Səbail"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Kəpəz" isə evdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.