Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti seçildi

Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib. Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.

Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.