ABŞ-ın nankor konqresmenləri

Prezident İlham Əliyev: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur”

Son illər ABŞ konqresmenləri Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verir, irqçi bəyanatlar vasitəsilə özlərini gündəmdə saxlamağa çalışırlar. Xatırladaq ki, 2015-ci ildə ABŞ Helsinki Komissiyası konqresmen Kristofer Smitin rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim etmişdi. "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tuturdu. Təsadüfi deyil ki, bu iş  erməni lobbisinin sifarişi ilə olmuşdu. Çünki Konqresə qanun layihəsini təqdim edən konqresmen Kristofer Smit də ermənipərəstdir. Bunu konqresmen K.Smitin Amerikanın Erməni Milli Komitəsinin (ANCA) icraçı direktor Aram Hamparyanla görüşü və görüş barədə Aram Hamparyanın tviti də  təsdiq edir. Bu fakt bir daha göstərir ki, K.Smit ANCA və ABŞ erməni lobbisi ilə məhrəm münasibətlərdədirlər. Yeri gəlmişkən, həmin zaman ANCA-nın rəsmi internet səhifəsində “Azərbaycana qarşı sanksiyalara dəstək ol” başlıqlı təlimat tipli yazı yerləşdirilmişdi. Təlimat-yazıda ABŞ Nümayəndələr Palatasının Nyu- Cersidən seçilmiş ermənipərəst üzvü və Helsinki Komissiyasının sədri K.Smitin Azərbaycanın əleyhinə yönəlmiş əsassız və absurd qətnaməsinə dəstək verilməsi istənilirdi. Həmçinin ABŞ-dakı ermənilərdən xahiş olunurdu ki, səs verdikləri konqresmenlərə bu layihəni dəstəkləmələri üçün təkid məktubu göndərsinlər. Ermənilərin K.Smitin müəllifi olduğu qətnamə layihəsinə “diqqət” və “qayğısı” bir daha sübut edir ki, sözügedən layihə tamamilə erməni lobbisinin sifarişi nəticəsində meydana gəlib. Əlavə edək ki, K.Smit 1990-cı illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biridir. O, tutduğu vəzifə və imtiyazlarından istifadə edərək “Dağlıq Qarabağ”ın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Yeri gəlmişkən, Prezident İlham Əliyev 8 oktyabr tarixində Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində bu əsassız ittihamları pisləyib: “Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.
Ant-Azərbaycan mövqeyi ilə tanınan ABŞ konqresmenlərindən bir də Bred Şermandır. ABŞ Nümayəndələr Palatasının komitə üzvü olan Bred Şerman 2019-cu ilin iyunun 25-də Azərbaycanın hücum imkanlarını gücləndirməsinə mane ola biləcək bir dəyişiklik təqdim edib. Şerman Amerika istehsalı olan silahın hesabına Azərbaycanın hərbi hava qüvvələrinin zərbəendirici imkanlarını təkmilləşdirmək perspektivinin qarşısının alınmasını istəyirdi. Sözsüz ki, bu məsələdə də ANCA-nın rolu var idi. Çünki bu barədə ANCA öz saytında məlumat yaymışdı. Sözügedən məlumata görə, təşəbbüs Bakının Xankəndidə yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə daim təhlükə törətməsinin qarşısını almağı hədəfləyir. Yəni bu dəyişiklik ABŞ-ın Azərbaycana hava hücumundan müdafiə sistemini gücləndirə biləcək silah satışını əngəlləyə bilər.
Məlumdur ki, Birləşmiş Ştatlar Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana silah satmır. İki ölkə arasında bir sıra sahələrdə geniş əməkdaşlıq olsa da, silah ticarəti yoxdur. Ancaq zaman-zaman Konqresdə erməni lobbisinin maraqlarından çıxış edən konqresmenlər çalışırlar ki, Azərbaycana qarşı hansısa qərarlar qəbul edilsin. Bu yöndə müəyyən səylər göstərirlər. Bu baxımdan, Bred Şermanın Azərbaycanla bağlı bu təklifi ədalətsiz hesab olunur. Ümumiyyətlə, ABŞ-da olan erməni lobbisi son dövrlər ərzində Azərbaycana qarşı daha aqressiv fəaliyyət göstərməyə başlayıb. Bu prosesdə erməni lobbisindən maliyyə və digər səbəblər baxımdan asılı olan K.Smit, Frank Engel, Bred Şerman və Ed Royse kimi konqresmenlərin də əlahiddə fəallığı müşahidə olunur. Cənab Prezident müsahbəsində 90-cı illərdə ABŞ-ın ölkəmizə qarşı yersiz sanksilarını xatırladaıb: “Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.
Xüsusən 44 günülük Vətən müharibəsindən ABŞ konqremenlıri anti-Azərbaycan mövqe sərgiləyirlər. Hələ İyul hadisələri zamanı da onlar aktiv anti-Azərbaycan fəaliyyəti göstərdi. Həmişəki kimi, bu dəfə də ANCA ermənipərəst ABŞ konqresmen və senatorlardan istifadə etdi. İyil hadisələri zamanı 20-ə yaxın ABŞ konqresmeni Ermənistanın müdafiəsinə qalxdı. Onlar öz sosial şəbəkə profillərində anti-Azərbaycan paylaşımları etdilər.   
2023-cü ilin iyunun 21-də ABŞ Konqresinin 54 nümayəndəsi Dövlət katibi Entoni Blinkenə məktub göndərərək, ABŞ Prezidenti Co Bayden administrasiyasından Azərbaycana hərbi yardımı dayandırmağı və Qarabağdakı separatçı dəstəyə dəstək verməyi istəyib. Həmin ərəfədəLaçın-Xankəndi yolunun baçlanğıcında Azərbaycan tərəfindən qoyulan nəzarət buraxılış məntəqəsində Qarabağ ermənilərinin rahatca gedişi təmin olunmuşdur. Sadə ermənilər də bundan məmnun görünürdülər. Amma Qarbağdakı separatçı rejim buna mane olaraq orada müxtəlif təxribatlar törədirdilər. Eyni zamanda, erməni lobbisi yalanlar uyduraraq bu keçidi ermənilərin narahatçılığı kimi qələmə verirdilər.
Hazırda Paşinyan hakimiyyəti ilə erməni lobbisi arasında çox böyük uçurum var. İndi Azərbaycan-Ermənistan normallaşma prosesində bu uçurum daha da dərinləşir. Erməni lobbisi sülh sazişinin olmaması üçün maksimum təbliğat aparır, qondarma yalan və böhtanlar irəli sürürlər. ABŞ da Ermənistanı yenidən gücləndirərək regionda yeni münaqişə yaratmağa çalışır.

Gülzar İbrahimova,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor