Vasif Qafarov Astara rayonundakı seçicilərlə görüşüb - Yenilenib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov təbliğat-təşviqat kampaniyasını Astara rayonundan davam etdirir.

Avqustun 21-də Astara rayonunun Hamoşam və Asxanakəran kəndlərində,  avqustun 22-də Kakalos və Pensər kəndlərində və avqustun 23-də Siyaku kəndində seçicilərlə görüşlər keçirib.

Əvvəlcə 2016-cı ilin aprel döyüşlərində misilsiz şücaət göstərmiş şəhidimiz Pəncəli Teymurovun məzarı və ev muzeyi ziyarət edilib, şəhidimizin əziz xatirəsi yad edilib. Vasif Qafarov 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra işğal altında olan torpaqlarımızın işğaldan azad edildiyini, Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində təmin edildiyini vurğulayıb və Azərbaycan Respublikasının bütün ərazisində keçirilən bu parlament seçkilərində namizəd kimi iştirak etməkdən böyük qürur hissi keçirdiyini bəyan edib. Seçicilər tərəfindən böyük coşqu ilə qarşılanan Vasif Qafarov sakinlərlə görüşməyin, söhbətləşməyin onun üçün böyük qürur hissi olduğunu bildirib. Daha sonra Vasif Qafarov seçiciləri öz seçki platforması və planları barədə məlumatlandırıb, onların suallarını cavablandırıb.

Görüşlərdədə kənd ağsaqqalları və ağbirçəkləri Vasif Qafarova öz təbriklərini və xeyir-dualarını çatdırıblar. Seçicilər ailə üzvləri ilə birlikdə seçkidə aktiv iştirak edib Vasif Qafarovu dəstəkləyəcəklərini bildiriblər.

Vasif Qafarov sakinlərlə görüşməkdən, söhbətləşməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib və göstərilən diqqət və dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Vasif Qafarov 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktorudur. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

https://www.facebook.com/vasif.qafarov.18

Şöhrət Əliyev