"Əmin olun ki, bu gün bəzi dövlətlər Fələstini tanımağa qərar verirlərsə bu işdə, yaşanan soyqırım şəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin də payı var".
Ilkxeber.org xəbər verir ki, Türkiyə Cünhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "Anadolu" Agentliyində təşkil edilən "Müxbir: Rəqəmsal Dövrdə Jurnalistikanı Yenidən Düşünmək Forumu"ndakı çıxışındadeyib.
Yenilənmiş variantda nəşr olunan “Müxbir” kitabının illərin zəhmətinin məhsulu olduğunu xatırladan Fahrettin Altun qeyd edib ki, əslində illər əvvəl bu mühüm əsərin ortaya çıxmasında mənim də əməyim olmuşdu. "Təbii ki o vaxtdan bəri bu kitab jurnalistika peşəsinin yeni ehtiyaclarına və çağırışlarına görə inkişaf etti və bu formanı aldı. "Müxbir" kitabı həm jurnalistika sahəsi həm də jurnalistika fakültələrinin tələbə və müəllim heyətinin gözləntilərini qarşılamağa yönəlmiş məlumat kitabıdır.", - deyə bildirib.
Altun dünyada bir çox köklü media qurumlarının jurnalistikaya yatırdığı investisiyaları azaltmağa və sosial media mədəniyyətinə təslim olmağa başladığını vurğulayaraq "Bu kontekstdə bir çox Qərb köklü media qurumlarının böyük ölçüdə sosial medianı informasiya mənbəyi kimi qəbul etməyə başladığını və öz istiqamətlərini data jurnalistikası yerinə, məzmunu sürətlə dəyişən reklam lövhələrinə çevirdiyini görürük. Buna əmin olun ki bu, ölkəmizin köklü media qurumlarının müqavimət göstərdiyi və müqavimət göstərməyə çalışdığı bir prosesdir. Başda Anadolu Agentliyi və TRT olmaqla bu köklü media qurumları bir tərəfdən jurnalist peşəsinin xarakterik nümunələrini təqdim edir, digər tərəfdən də dünyada qlobal vicdanın sözcülüyünü öz üzərinə götürürlər.
Baxın, indi “Müxbir” kitabından danışırıq. Bu yaxınlarda biz İsrailin dünyanın gözü qarşısında törətdiyi Qəzza Soyqırımından bəhs edən "Dəlil", "Şahid" kitablarının tanıtımını və "Dəlil" sənədli filminin premyerasını təqdim etdik. Əslində bunların hamısı, o cümlədən "Müxbir", "Dəlil" və "Şahid" kitabları eyni həqiqət və ədalət mübarizəsinin məhsuludur. Bu bir-birini tamamlayan səylərin, eyni peşəkar qayğıların və mənəvi dəyərlərin məhsuludur.", - deyə ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində İsrailin Qəzzada başlatdığı soyqırım əməliyyatının başlamasından bəri iki istiqamətdə sıx səylər göstərildiyini xatırladan Altun, “Birincisi, İsrailin hücumlarının ən qısa zamanda dayandırılması və bölgədə humanitar böhrana son qoyulması üçün səy göstəririk. İkincisi isə İsrailin soyqırım və müharibə cinayətlərinin sənədləşdirilməsi və cəzalandırılması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçirməyə çalışırıq.", - vurgulayıb.
Bu iki səyin kəsişmə nöqtəsində həqiqətsevər türk mediasının çox həyati bir vəzifəni üzərinə götürdüyünü söyləməyi borc bildiyini ifadə edən Altun sözlərinə belə davam edib: "Qəzza başda olmaqla regional və qlobal böhran coğrafiyalarındakı jurnalistlərimiz, vəhşiliyin və humanitar böhranın bütün ölçülərinin görünməsi üçün işlərini canları bahasına edirlər. Qəzzadakı jurnalistlərin yayımladığı hər mülki qətliam xəbəri və vəhşilik görüntüsü ürəkləri parçalasa da, digər tərəfdən İsrailin hərbi cinayətlərini qeyd edir. Anadolu Ajansı, TRT və digər nüfuzlu, köklü media qurumlarımızın bu xarakterli reportajları, jurnalistika peşəsinə şərəf gətirməklə yanaşı həm də Türkiyənin diplomatik səylərini də dəstəkləyir.
Əmin olun ki, əvvəllər Fələstini dövlət kimi tanımaqdan çəkinən bəzi dövlətlər bu gün Fələstini tanımağa qərar verirlərsə, bu işdə Türkiyənin diplomatik təşəbbüsləri ilə yanaşı, soyqırım və zülm şəraitində öz peşə vəzifəsini yerinə yetirən jurnalistlərimizin, müxbirlərimizin də payı var.
Məsələn, başqa bir qaynar münaqişə zonasına, Rusiya-Ukrayna müharibəsinə nəzər yetirək. Orada da oxşar mənzərənin yarandığını görə bilərik. Məlum olduğu kimi Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən qısa zamanda ədalətli sülhün bərqərar olması üçün mübarizə aparır və bunu da sahib olduğu ədalətli yanaşma səbəbiylə hər iki döyüşən tərəfin nəzərində qazandığı etimad sayəsində davam etdirməkdədir. Ölkəmizin diplomatik səyləri və ədalətli yanaşmasının nəticəsi olaraq etimad elementinə çevrilməsi, Rusiya-Ukrayna müharibəsi zonasında çalışan jurnalistlərimizin öz peşələrini yerinə yetirərək ədalətli xəbər axınının təmin olunmasına da zəmin yaradıb.”
Köklü media qurumlarının jurnalistika sahəsində daha konstruktiv və müsbət gündəmlərin təqibçisi və hətta qurucusu ola bildiyini ifadə edən Kommunikasiya İdarəsinin rəhbəri, “Məsələn, bu gün Türkiyə daha ədalətli bir dünya çağırışı ilə deyil eyni zamanda daha təmiz ətraf mühit, yaşana bilən bir dünya çağırışı ilə də qlobal arenada gündəmi müəyyən edən, proseslərə rəhbərlik edən bir ölkə mövqeyindədir.", - deyə bildirib.
Altun jurnalistika peşəsində texniki və texnoloji yeniliklərə baxmayaraq bir qaydanın dəyişməz qaldığına inandığını ifadə edərək sözlərinə belə davam edib: "Jurnalistika, ilk növbədə həqiqətin arxasınca getmək və həqiqət uğrunda mübarizə aparmaqdır. Həqiqəti aşkar etmək həqiqətə çatmaqdır. Texnologiya nəyə nail olursa olsun, nəyi bacarırsa bacarsın insan ola bilməz. Daha yaxşı xəbərlər etmək üçün rəqəmsal texnologiyaların imkanlarından daha çox istifadə edəcəyik. Ancaq daha yaxşı xəbərlərlə daha çox insanı cəsarətli və dürüst olmağa təşviq edəcəyik".
© 2020 - Created by İLK XEBER.