"Ukrayna münaqişəsində səbəbkar Zelenskidir" - MÜNASİBƏT BİLDİRİLDİ


"Ukrayna prezidenti Volodimir Zelenskinin seçilmə müddəti başa çatmışdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

 

 

O bildirib ki, təbidir ki, konstitusiyaya görə Ukraynada yeni seçkilər keçirilməlidir: "Xalqın iradəsini ifadə edən yeni prezident olmalıdır. Amma faktiki olaraq Ukraynada hərbi münaqişə getdiyinə görə, hərbi vəziyyət olduğuna görə bəzi mütəxəssislər, bəzi ekspertlər hesab edir ki, Ukraynada Prezident seçkilərinin aparılması real görünmür. Amma reallıq bundan ibarətdir ki Rusiya-Ukrayna münaqişəsinin yaranmasının səbəbkarlarından da biri Zelenskinin apardığı siyasətdir. Yəni, bu gün Ukrayna xalqının bu vəziyyətə düşməsi, Ukrayna dövlətinin belə bir vəziyyətdə qalmasının əsas səbəbkarlarından biri Zelenskidir. Zelenski Ukrayna xalqının maraqlarına uyğun siyasət həyata keçirmədi. Başda Birləşmiş Ştatlar olmaqla qərbin maraqlarına uyğun siyasət həyata keçirdi və nəticə olaraq Ukrayna bugünkü vəziyyətə düşüb".
Onun sözlərinə görə, istər Ukrayna xalqı olsun, istərsə də beynəlxalq ictimaiyyət olsun, istəyir ki, Ukraynadakı münaqişə sona çatsın: "Münaqişənin sona çatması üçün yeni bir siyasi situasiya yaradılmalıdır ki, bunu isə Zelenski həyata keçirmək iqtidarında deyil. Çünki Zelenskini hakimiyyətə gətirən, onu himayə edən və qızışdırıb münaqişə vəziyyətinə gətirən qüvvələr Zelenskini yeni situasiya yaratmağa imkan verməyəcək. Eyni zamanda Zelenskinin nə intellektual səviyyəsi, nə də siyasi nüfuzu ona imkan vermir ki, yeni bir siyasi situasiya yaratsın. Ona görə də real vəziyyət ondan ibarətdir ki Rusiya-Ukrayna münaqişəsində, daha doğrusu Ukrayna ərazisində NATO-Rusiya savaşında Ukraynanın ərazisinin 20 faizi Rusiyanın nəzarətinə keçib və Rusiya hərbi kontingenti sürətlə irəliləməkdədir. Prosesin də gedişi onu göstərir ki, Ukrayna münaqişəsini hərbi yolla həll etmək qeyri-mümkündür. Məsələnin də siyasi yolla həlli üçün yeni siyasi situasiya yaratmaq lazımdır. Bunu isə Zelenski etmək iqtidarında deyil. Bu baxımdan yeni bir siyasi qüvvənin hakimiyyətə gəlməsi və reallığı düzgün qiymətləndirir və Ukrayna xalqının maraqlarına uyğun real qərarlar qəbul etməlidir. Bu baxımdan indiki vəziyyətdə seçkinin keçirilməsi real görünməsə də, amma RADA bütün məsuliyyəti üzərinə götürüb və konsultasiyada müəyyən dəyişikliklər edərək parlament respublikaya keçib və qərar qəbul edə bilərlər və yeni dövlət başçısını seçə bilərlər. Yeni dövlət başçısı Ukraynada baş verən hadisələri düzgün qiymətləndirib və yeni siyasi situasiya yaratmalıdır ki, Rusiya-Ukrayna münaqişəsi dinc yolla həllini tapsın. Çünki bu məsələdə masa arxasında oturmaq vacibliyi görünməlidir. Əgər masa arxasında oturulmasa, bu münaqişə hərbi yolla uzun müddət davam edəcək və bu uzun müddət davam edərsə, təbii ki, ən böyük ziyanı Ukrayna xalqı çəkəcək. Çünki insanların həlak olması, həm də iqtisadi infrastrukturun dağıdılması Ukrayna xalqının ən böyük zərərçəkənlərdən edəcəkdir. Hesab edirəm ki Ukrayna münaqişəsində səbəbkar Zelenskidir. Zelenski hakimiyyətdən getməyincə bu məsələnin dinc yolla və siyasi yolla həlli real görünmür".


Müəllif: Söylü Ağazadə