"Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Şərqlə Qərbin qovuşduğu bir ərazidir. Azərbaycan Şimalla Cənubun nəqliyyat infrastrukturlarının birləşdiyi bölgədir. Coğrafi baxımdan, strateji baxımdan Azərbaycan elə bil yerdə birləşir ki, Avropa dövlətlərinin maraqlarını dolayısı olaraq burda təmin etmək olur. Leninin dili ilə desək, Azərbaycan Şərqə açılan bir qapıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:
"Azərbaycanın geosiyası müstəvidə rolu o qədər böyükdür ki, bu bölgə, nüfuz uğrunda bir savaş gedir. Cənubi Qafqaz uğrunda ABŞ ilə Rusiya arasında bir savaş gedir. Cənubi Qafqazın nüfuzu uğrundakı bu savaş getdikcə şiddətlənməkdədir. Cənubi Qafqazın aparıcı dövləti də məhz Azərbaycandır. Azərbaycanla razılaşdırılmadan hansısa proyekti həyata keçirmək qeyri-mümkündür. Azərbaycan Prezidenti mühasibələrində demişdi ki, bizim uğurumuz böyük güclərin siyasi slaylarını tərpətdik. Böyük güclər deyəndə, başda ABŞ olmaqla Qərb koalisiyası Cənubi Qafqaza girmək istəyir və Cənubi Qafqazı nüfuzu dairəsinə salmaq istəyir. Azərbaycan da öz dövlət və milli maraqlarına uyğun olaraq öz siyasətini həyata keçirdi. Azərbaycanın ərazisi Ermənistan tərəfindən işğal olunmuşdu və 30 ilə yaxın idi, Azərbaycan işğal altında idi. Azərbaycan ümid edirdi ki, beynəlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həllinə nail ola biləcək. Təəssüflər olsun ki, BMT-nin 4 qətnaməsi icra olunmadı və bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupu bu problemi sülh yolu ilə həll edə bilmədi. Nəhayət, Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas götürərək öz ərazisini işğaldan azad etdi. Dünya siyasətində söz sahibi oldu. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətdir. Azərbaycan orta dəhliz nəqliyyat infrastrukturunun üstünə olan bir dövlətdir. İndi Zəngəzur dəhlizinin həyata keçirilməsi də məhz Azərbaycanla bağlıdır. Ümumilikdə Azərbaycan balanslaşdırıcı siyasət yeritməklə dünya siyasətindəki böyük güclərin qarşısında durur. Artıq öz dövlət və milli maraqlarını nəzərə alaraq böyük güclərin siyasətinə balans yaradır. Bu da Azərbaycan Prezidentinin yeritdiyi siyasət nəticəsində həyata keçirilir. Prezident İlham Əliyev istər Avropa da, istər də dünyanın bir çox ölkələrində hörmətlə qarşılanır. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdikdə Azərbaycan Prezidentinin bu təşkilatla söz sahibi olmaqla, dünya siyasətində yeni bir dəsti-xətt yaratmaqla yeni bir dönəm yaratdı. Azərbaycan Prezidentinin nüfuzu beynəlxalq aləmdə etiraf olunur. Avropa dövlətlərinin, təşkilatlarını, maliyyə koorperasiyalarının Azərbaycana maraq göstərməsi məhz Prezident İlham Əliyevin sayəsində baş verir. Bildiyiniz kimi, bu yaxınlarda and içmə mərasimində açıq dedi ki, bizim evimiz Türk dünyasıdır və bu Türk Dövlətlərinin Təşkilatı fonunda Turan İttifaqının yaranması məhz Azərbaycanla Türkiyənin sütunu üzərindədir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidentinin dostluq və qardaşlıq münasibəti Turan İttifaqının əsasını qoyur. Bu yaxınlarda MDB-nin toplantısında dövlət başçılarının İlham Əliyevlə görüşməsinin bariz nümusəni var. Onlar onu o qədər səmimi qəbul etdilər ki, bu, artıq MBD məkanında olan münasibətdir. Türk Dövlətləri Təşkilatının da aparıcı lideri kimi də İlham Əliyev nüfuz əldə edib. Bu, tək Türk Dövlətləri Təşkilatında deyil, eyni zamanda beynəlxalq aləmdə, Avropada da etiraf olunur. Münhen toplantısında böyük dövlətlərin rəhbərləri, maliyyə koorperasiyalarının Prezident İlham Əliyevlə görüşməsi onun yeritdiyi siyasət və şəxsi nüfuzu ilə bağılıdır. Apardığı 44 günlük müharibə zamanı dünya güclərinin qarşısında dövlət və milli marağı nəzərə alaraq prinsipial mövqe nümayişi etdirməsindən qaynaqlanır. Avropanın aparıcı dövləti olan Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir. Bu düşmənçilik siyasətinə qarşı adekvat cavab verən Azərbaycan Prezidentinin siyasətidir. Hesab edirəm ki, bu gün tək Avropada deyil, ümumiyyətlə Türk dünyasında Azərbaycan Prezidenti etiraf olunan liderdir və bu siyasət Azərbaycanın gücünü dünya arenasına göstərməkdədir. Bu gün Azərbaycan xalqı vahid xalq olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləməkdədir və gələcəkdə də bu uğurlar davam etdiriləcək".
© 2020 - Created by İLK XEBER.