Yeni era Zəfər komandası ilə başlayır - Nazirlər Kabineti təsdiq olundu

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

İlkxeber.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:

- Baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

- Baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov;

- Baş nazirin müavini – Şahin Abdulla oğlu Mustafayev;

- daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;

- ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

- elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;

- energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

- əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

- fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

- gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;

- xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;

- iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

- kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;

- maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

- mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;

- müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

- müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;

- rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;

- səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;

- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

- Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;

- Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

- Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;

- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

- Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

- Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;

- Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;

- Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;

- Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

- Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

- Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.