Prezident İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur”
"Son zamanlar bir sıra beynəlxalq təşkilatlar, konkert olaraq AŞPA və ATƏT Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Bəs, bunun kökündə hansı amillər durur? İlk növbədə bu, Azərbaycan dövlətinin İlham Əliyevin rəhbərliyi altında apardığı müstəqil xarici siyasəti ilə bağlıdır. Qərbin Rusiya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etdiyi zaman, Azərbaycan praqmatik siyasət yürüdərək, öz maraqlarına uyğun, bu qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirir. Son nəticədə bu siyasi xətt böyük miqyaslı iqtisadi layihələrin icrasına zəmin yaradır.
Uzun illər idi ki, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti səbəbindən Qarabağ probleminin həlli məsələsi gecikirdi. Ermənistan öz işğalçı siyasətini davam etdirirdi. Bu müddətdə Azərbaycan isə hər dəfə ATƏT-dən də, Minsk qrupundan da qətiyyətli addımlar gözləyirdi. Nəticə isə göz önündə idi. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında bu məsələyə də toxunub: “Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı”. Səngərlərdə tökülən nahaq qanlar onların birtərəfli aparılan siyasətinin nəticəsi idi. Qərəz və kinlərini gizlədə bilməməkləri bu gün də özünü göstərdi. Necə deyərlər, halal süfrəmizə haram qatmağa çalışdılar.
ATƏT-in Minsk qrupunun qarşısında Qarabağ münaqişəsinin həlli məsələsi var idi və bununla bağlı qurumdan bu problemin həlli tələb olunurdu. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasına biganə qalması onun fəaliyyətini şübhə altına alırdı.
ATƏT-in bu mövqeyi, Azərbaycanda olduğu kimi, Avropadakı Azərbaycan diasporunu da məyus etmişdir. Azərbaycanın 20% torpaqlarının işğal olunmasına və bir milyona yaxın soydaşımızın öz yurd-yuvasından didərgin düşməsinə göz yumanlar, bu gün yenə də xalqımıza qarşı öz qərəzli mövqelərini nümayiş etdirirlər. Azərbaycan dövlətinə və Azərbaycan xalqına heç kim təzyiq edə bilməz. Azərbaycan regionun ən güclü dövlətidir.
İnsanların artıq beynəlxalq təşkilatlara heç bir inamı qalmayıb. Ona görə ki, onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç biri icra edilmirdi. Lazım olanda Liviya və digər ölkələrdə bu qərarlar işləyir, amma Azərbaycana gələndə işləmirdi. Burada islam xristian məsələsindən tutmuş beynəlxalq ədalətə qarşı olan məsələ var. Amma buna baxmayaraq dünya hələ də kordur, hələ də bunları görmək istəmir. Məgər onlar bilmir ki, Azərbaycanın tarixi torpaqlarında bir əsr qabaq Ermənistan adlı bir dövlət qurulub. Məgər bilmirlərdi ki, Qarabağı Ermənistan işğal etmişdir. Onlar bunu çox gözəl bilirdilər. Təəssüflər olsun ki, lazım olan addımlar atmırdılar. Bu da onu göstərirdi ki, həmin dövlətlər özləri birinci növbədə beynəlxalq hüququ pozurdular. Hər kəsdən öz hüquqlarını yerinə yetirməsi tələb olunur.
Dünyada bu proses belə davam edə bilməzdi. Gec-tez bu münasibət dəyişməli idi Zaman hər şeyi dəyişir. Azərbaycan özü bu prosesi dəyişdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Artıq heç bir beynəlxaq təşkilatın mövqe və qətnaməsinə ehtiyac qalmadı. Bu gün Azərbaycan süveren, qalib dövlət olaraq sülh prosesini özü yürüdür. Prezident İlham Əliyev qəbulda bu haqda da danışaraq deyib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib: “Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub”.
Azərbaycanın iqtisadiyyatı, ordusu da güclənib. Gündən-günə nüfuzu da güclənir. Ermənistan bütün parametirlərə görə dəfələrlə Azərbaycandan geridir. Azərbaycan özü dünyada bu məsələni həll etdi. Amma dünya Ermənistanın başına nə qədər tez ağıl qoysa, o qədər yaxşıdır.
Azərbaycanın gələcək taleyini, onun daxili və xarici siyasətini özü müəyyən edir. Sülh danışıqları üçün “vasitəçi”lər artıq yoxdur. Dövlətimizin başçısının bildirdiyi kimi Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur: “İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. Ermənistan sülh üçün siyasi iradə nümayiş etdirib mövqe ortaya qoymalıdır. Sözdə “nüfuzlu beynəlxalq təşkilat”lar qərəzli mövqeyini açıq-aşkar göstərirlər. Müxtəlif yollarlar, qərəzli bəyanatlarla sülhə mane olmağa çalışırlar. Qərbin Azərbaycanın uğurlarını həzm etmədiyi məlumdur. Azərbaycanın əldə etdiyi uğurların bir çox dairələrdə qıcıq yaratması normal haldır. Çünki dünya ölkələrinin çox azında hökumətlə xalq arasında belə bir sıx münasibət və inam görmək olar.
Artıq siyasi prosesdə inkişaf edən Azərbaycan, həm də demokratik olaraq inkişaf edə bilib. Qarabağımız geri qayıdıb, xalqımızın həmrəyliyi daha da güclənib. Dünya azərbaycanlıları hər zaman öz dövlətinin yanındadır. Həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevi dəstəkləyirlər. O yalnız Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Prezidentidir.
Tanrı Azərbaycanımızı mövqesiz, əqidəsiz , dost kimi görünən düşmənlərimizdən qorusun...
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
© 2020 - Created by İLK XEBER.