“Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyuna bir idman hadisəsi kimi deyildi. Bu mənəvi-psixoloji, eyni zamanda siyasi cəhətdən çox böyük tarixi siyasi bir hadisə idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin oyundan öncə stadionda çıxışı, istərsə də oyunun başlaması ilə əlaqədar topa vurduğu zərbə həm ermənilərin havadarlarına, həm də onların diqtəsi ilə hələ də sülhdən yayınan Ermənistana ciddi mesaj idi”.
Bunu “İlkxeber”.org-a açıqlamasında deputat İlham Məmmədov deyib.
Deputat bildirib ki, Xankəndi stadionundakı oyunla ermənilərə və onların havadarlarına aşağıdakı mesajlar verildi:
“Azərbaycan suveren ölkədir və bu torpaqlara artıq əsl sahibləri qayıdıb. Bir daha kimsə bu torpaqlara göz dikə bilməz. Bu torpaqlar Azərbaycan ordusu öz canı, qanı ilə döyüşərək azad edib.
Bu baxımdan futbol matçının komandalarının da oyununun Xankəndi stadionuna salınması heç də təsadüfi xarakter daşımırdı və bu yarış bir rəmzi məna daşıyırdı. MOİK şanlı Azərbaycan Ordusunu, “Qarabağ” komandası isə Qarabağın təmsilçisi kimi çııxş edirdi. Cənab Prezident çıxışında bəyan etdiyi kimi, bu yarışda məğlub yox idi, hər iki komanda qalib idi. Qalib isə bütövlükdə Azərbaycan xalqı idi.
Bu yarış həm də ermənilərin havadarlarına ciddi mesaj idi. Mesaj ondan ibarət idi ki, zamanında bağlı qapılar araxasında Azərbaycana təzyiq edib ermənilərə güzəştə getmək tələb olunurdu. Amma bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan dözdü, gücləndi və zamanı yetişəndə düşməni bu torpaqlardan təmizlədi. Havadarları nə qədər istəsə də, ermənilərə dəstək verə bilmədi. Bu, istər 44 günlük müharibədən əvvəl, istər müharibə zamanı, istərsə də müharibədən sonra, istərsə də 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən birgünlük lokal antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə olsun. Azərbaycan Prezidenti, məharətli sərkərdə cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində düşmənin bütün planları darmadağın edildi. Cənab Prezidentin Xankəndidə yarışdan öncə topa vurduğu zərbənin mesajı ondan ibarət idi ki, necə indiyədək bütün planlarınızı gücümüzlə darmadağın etmişik, gələcəkdə də Azərbaycan qarşı bütün planlarınızı gücümüzlə puç edəcəyik.
Nə qədər ki, Azərbaycan xalqının cənab İlham Əliyev kimi lideri var, bu xalq bundan sonra ancaq və ancaq uğurlara, qələbələrə, zəfərlərə imza atıb zirvələri fəth edəcək.
Əminən ki, dünənki mənzərəni görən şəhdilərimizin, bu torpaqlarda uyuyan ulularımızın ruhları Xankəndində hərbi parad keçirilən gündəkindən də artıq sevinirdi”.
Səid
© 2020 - Created by İLK XEBER.