"Cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizinlə qürur duyuram"
Təqaüddə olan polis polkovniki Ələddin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə təbrik edib. İlkxeber.org həmin təbriki olduğu kimi dərc edir:
"Möhtərəm cənab Prezident!
Hörmətli Ali Baş Komandan!
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Mən təqaüddə olan polis polkovniki kimi qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan Sizin rəhbərliyinizlə qüdrətli dövlət kimi inamla irəliləyir, sürətli, davamlı və dinamik inkişaf nümayiş etdirir.
Hörmətli Ali Baş Komandan, Siz 44 günlük müharibədə Azərbaycanın yeni qələbə tarixini yazdınız. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi ilə Müzəffər Ali Baş Komandan kimi Ordumuzun, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdiniz.
Vətən müharibəsindən sonra Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa və quruculuq işləri həyata keçirilir, doğma yurda Böyük Qayıdış təmin edilir.
Belə bir şərəfli tarix yazdığınıza, bizə milli qüruru və milli dirçəlişi yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, əminəm ki, 7 fevralda keçiriləcək Prezident seçkilərində xalqımız hamılıqla Sizə səs verəcək və həyata keçirdiyiniz siyasət bundan sonra da ölkəmizə daha böyük uğurlar, qələbələr gətirəcək.
Cənab Prezident, hörmətli Ali Baş Komandan, Sizi bir daha ürəkdən təbrik edir, Sizinlə qürur duyduğumu bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram".
© 2020 - Created by İLK XEBER.