Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
© 2020 - Created by İLK XEBER.