"Xalq onun etimadını doğruldan liderin arxasınca gedəcək"-AÇIQLAMA

 “44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklıə  Cənubi qafqazda yeni  rellaıq yaratmışdısa, 2023-ci ilin sentyabrın 19-da həyata keçirilən lokan antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməklə bütövlükdə Qafqaz bölgəsində tamamilə yeni bir  geosiyasi reallıq yaratmış oldu. Bununla da Azərbaycan müstəqilliyini bərpa etdiyi 30 il əzində qarşıya qoyduğu əsas hədəflərə, xüsusən də Ermənistanın işğalına son verib  problemin birdəfəlik həlinə nail oldu. Artıq Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı  qarşısında yeni hədəflər və çağırışlar dayanıb.  Həmin hədəflərə və çağırışlara uyğun strategiyanın  hazırlanıb həyata keçirilməsinə ciddi zərurət yaranıb. Bu da ölkədə yeni seçkilərin keçirilməsindən keçir. Məhz cənab Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzaladı”.
Bunu İlkxeber-ə  açıqlamasında  deputat Əliabbas Salahzadə deyib.
Deputat bildirib ki, 7 fevralda keçiriləcək növbəti prezident seçkiləri Azərbaycanın  yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq: “Müharibədə zəfərə qazanan Azərbaycanın yeni zəfərlərə imza atması üçün yeni seçkilərə ciddi ehtiyac var. O baxımdan biz  7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandıra bilərik. Cənab prezident Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində ölkənin qarşısında duran bütün hədəflərə nail olub. Bu müddət ərzində Azərbaycan sıçrayışlı inkişafı ilə dünyanın ən nüfuzlu, güclü, öz gücü və qüdrəti hesabına müharibədən qalib çıxaraq ərazi bütövlüyün və suverenliyini bərpa edən  ölkədir.  Bütün bunlar və  bu gün dünyada baş verən geosiyasi proseslər fonunda  Azərbaycanın qarşısında yeni hədəflər və çağırışlar durur.  Dünyada baş verən mürəkkəb proseslərdən və bunun nəticəsində gözlənilə biləcək istənilən kataklizmlər və böhranlardan yan keçməsi üçün  Azərbaycanın yeni çevik strategiyaya ehtiyacı var. Necə ki,  cənab Prezident ötən 20 ildə qlobal çağırışlara zamanında çevik reaksiya verib, ona uyğun siyasət yürüdərək  Azərbaycanın belə böhranlardan yan keçib, xeyrinə olmayan geosiyasi prosesləri ölkəmizin xeyrinə yönəldib qələbələrə, uğurlara imza atdısa, bundan sonra da bu cür çevik siyasətin yürdülməsi ilə  yeni qələbələrə imza atılacaq. Bu seçkilər Azərbaycanın daha güclü, qüdrətli, beynəlxalq aləmdə böyük nüfuza malik ölkə kimi oturuşmasına imkan yaradacaq.
Əminəm ki, vətəndaşlarımız cənab Prezident  İlham Əliyevin ətrafında daha sıx birləşməklə   onun liderliyi altında qalib xalqın qalib Prezidentinin Azərbaycanı yeni-yeni  qələblərə  və uğurlara götürəcəyinin şahidi olacağıq.  
Bu seçkilər eyni zamanda Azərbaycanın qələbəsini gözügötürməyən, anti-Azərbaycan  qüvvələrə qarşı bir dərs olacaq. Növbədənkənar seçki nəticəsində Azərbaycan güclü çıxacaq və siyasi sistemin gücləndirmiş olacaq”.
Deputat onu da bildirib ki, Azərbaycanda seçkilər  hər zaman demokratik, azad və rəqabət mühitində  keçib. “Seçkidə iştirak etməyk istəyən istəniulən şəxsə və siyasi baxışından, mövqeyindən asılı olamayaraq istənilən siyasi qüvvəyə  bərabər şərait yaradılacaq. Özünə güvənən istənilən müxalifət qüvvəsi  müxtəlif bəhanələrdən istifadə etməklə öz gücsüzlüyünü ört-basdıq etməkdənsə, buyurub öz qüvvəsini sınaya bilər.  Bu onlara mənasız demoqogiyadan əl çəkib  öz güclərini göstərmək üçün bir fürsətdir. Əgər onlar  hər hansı vasitə ilə boyun qaçıracaqlarsa, bu onların  növbəti dəfə acizlıyinin, boşboğazlığının, ucuz demaqogiyanın göstəricisi hesab ediləcək. İndiyədək bütün uydurma mifləri puç olan radikal  müxalifətin bundan sonra da ümidləri puça çıxdığının şahidi olacaq. Onsuz da xalq onlara öz mövqeyi yerlərini göstərib. Bu dəfə də onlar eyni aqibəti yaşamalı olacaqlar. Çünki xalq onun etimadını doğruldan liderin arxasınca gedib  və gedəcək. Bu gün həmin lider ancaq və ancaq cənab İlham Əliyevdir”.


Səid