Gəncliyə Yardım Fondunda Ümumilli lideri Heydər Əliyevin və Türkiyə Cumhuriyyətinin 100 illiyinə, eləcə də Zəfərimizin 3-cü ildönümü münasibətilə gənclərimizə vetənpərvərliyin aşılanması mövzusuna həsr olunmuş "Türk övladıyıq" adlı tədbir keçirilib.
Tədbirin aparıcısı, rəssam Seyidbəyli Turac çıxış üçün ilk sözü Mehri Seyidbeyliyə verib. Sonra Azərbaycan Tibb Universitetinin professoru Əhməd Kazımov, Baytarlıq Elmi Tədqiqat instutunun dosenti Afət Süleymanova və Ekstrakorporal müayinə və müalicə üzrə uzman doktor Olcay Turqut mövzu ətrafında çıxış ediblər.
Tədbirdə Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, həkim, şairə Mehri Seyidbəylinin Zəfər günunə həsr olunan "Zəfərin mübarək" və müharibədə iştirak edən hərbi həkimlərə ithaf olunmuş "Ağ xalatlı qəhrəmanlar" adlı şeir kitabları və şairənin sözlərinə bəstələnmiş "Şəhid həkimlər", "Miras" və "Türk övladıyıq" adlı mahnıları iştirakçılara təqdim edilib.
Mahnıları Azərbaycan Respublikasının Əməkdar artisti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülüstan Əliyeva və Vətənpərvetliyin Təbliği İctimai Birliyinin sədr müavini, bəstəkar Fərahim Sadiq təqdim ediblər.
Tədbirdə eyni zamanda, şəhid həkimlərin xatirəsini yad edən videoçarx nümayiş edilmiş və zəfərimizə həsr olunan şeirlər səsləndirilmişdir.
Qeyd edək ki, "Türk övladıyıq" adlı mahnının sözləri və musiqisi həkim Mehri Seyidbəyliyə aiddir. M.Seyidbəyli 1992-ci ildə Tibb Universitetinin Pediatriya fakültəsinin məzunu olmuşdur.
© 2020 - Created by İLK XEBER.