Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı yeniliyin tətbiqnə başlayıb.
Ilkxeber.org xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Belə ki, bu gündən – 1 noyabrdan 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsinə start verilib.
Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə elektron sistemdə - (//portal.ngogrant.az/) şəxsi kabinet yaratmalıdır:
Cəmi 1 dəfə qeydiyyatdan keçmək Agentliyin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir.
Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir.
QHT-lər sistemdə şəxsi kabinet yaratdıqdan sonra 10 noyabr - 10 dekabr 2023-cü il tarixləri aralığında 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üzrə layihə təqdim edə bilər.
© 2020 - Created by İLK XEBER.